1C Operatoru (Anbar üzrə)

  • Deadline 18 July 2025

İş yeri: Sea Breeze ərazisi, inşaat sahəsi – Anbar bölməsi

Struktur: Təchizat və Anbar İdarəçiliyi

Axtarılan namizəd: Kişi namizədlərə üstünlük verilir (təcrübəsi az olsa belə, potensiallı namizədlər dəyərləndiriləcək)

Vəzifə öhdəlikləri:

  • 1C proqram təminatı üzərindən anbar əməliyyatlarının icrası və uçotun aparılması
  • Anbara daxil olan və çıxan malların sistemə dəqiq və vaxtında daxil edilməsi
  • Excel vasitəsilə gündəlik hesabatların hazırlanması və idarə olunması
  • Anbar sənədlərinin düzgün qeydiyyatı və arxivləşdirilməsi
  • Anbar proseslərinin sistemli və analitik şəkildə idarə olunmasına dəstək
  • Mövcud proqramlarla işləmə və yeni proqramlara sürətli adaptasiya

Namizədə tələblər:

  • 1C proqramı ilə tanışlıq və işləməyə açıq olmaq (təcrübə az olsa da, öyrənməyə meyilli olmaq əsasdır)
  • Microsoft Excel proqramında işləmə bacarığı (orta və ya yaxşı səviyyədə)
  • Analitik düşüncə və detallara diqqət
  • Səliqəli, dəqiq və məsuliyyətli iş prinsipi
  • Proqram təminatları ilə işləmə bacarığı və texniki yönümlü yanaşma
  • Yeni məzunlar və ya az təcrübəli, lakin potensiallı namizədlərə üstünlük verilə bilər

Təklif olunur:

  • Sistemli və stabil şirkət mühitində iş imkanı
  • Yeni başlayanlara ilkin təlim və öyrədici mühit təqdim olunur
  • Rəqabətli əməkhaqqı
  • Nizamlı iş rejimi və peşəkar komanda
  • Peşəkar biliklərin tətbiqi və inkişafı üçün real imkanlar

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily18
  • Weekly428
  • Monthly2175