Anbardar

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Anbardar

  • Истекает 19 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi Məlumat

  • Tabelik: Təchizat və Logistika Departamenti / Layihə rəhbəri
  • İş yeri: İnşaat sahəsi/ Sea Breeze  / Anbar
  • Nəqliyyat: Təmin edilir
  • İş rejimi: Tam ştat

Vəzifə Öhdəlikləri

  • Tikinti materiallarının, alətlərin və avadanlıqların qəbulu, yerləşdirilməsi və saxlanmasını təmin etmək.
  • Anbarda olan malların mühasibat uçotunu aparmaq, sistemə işləmək və gündəlik hesabatlar hazırlamaq.
  • Materialların hərəkətini izləmək və layihə rəhbərinə mütəmadi məlumat vermək.
  • Anbarın səliqə və təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək.
  • Mal-materialların müvafiq sənədləşmə prosesini icra etmək (qaimə, anbar çıxış orderi və s.).
  • Anbarda olan ehtiyatları yoxlamaq, çatışmazlıqları və artıq qalıqları müəyyən edərək rəhbərliyə bildirmək.
  • Təchizat prosesində təkliflər vermək və lazımi materialların vaxtında təmin edilməsinə nəzarət etmək.
  • Materialların düzgün şəkildə daşınması və yüklənməsini təşkil etmək.
  • İstifadə müddəti bitmiş və yararsız malları müəyyən edib rəhbərliyə hesabat təqdim etmək.

Tələblər

  • Təhsil: Orta ixtisas və ya ali təhsil (mühasibatlıq, logistika və ya əlaqəli sahələr üstünlükdür).
  • İş təcrübəsi: Tikinti sahəsində anbar idarəçiliyi üzrə ən azı 2 il təcrübə.
  • Kompüter bilikləri: MS Excel, 1C və ya digər anbar idarəetmə proqramlarında işləmək bacarığı.
  • Fiziki hazırlıq: Ağır yüklərlə işləmə qabiliyyəti.
  • Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmə bacarığı.

Məsuliyyətlər

  • Anbara daxil olan və çıxan malların tam dəqiqliklə qeydiyyatını aparmaq.
  • Şirkətin daxili qaydalarına və əməyin mühafizəsi tələblərinə əməl etmək.
  • Material itkilərinin və qeyri-qanuni istifadənin qarşısını almaq.

Hesabatlılıq

  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və layihə rəhbərinə təqdim etmək.
  • İnventarizasiya zamanı dəqiqlik və şəffaflığı təmin etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly246
  • Monthly250