Departament: Təchizat (Procurement)
Tabe olduğu vəzifə: Kommersiya Rəhbəri
Tabeliyində olanlar: Təchizat Mütəxəssisi(ləri)
Vəzifə növü: Tam ştat
Vəzifənin məqsədi
- Şirkətin strateji satınalma fəaliyyətinin idarə olunması, mürəkkəb və yüksək dəyərli satınalma proseslərinin aparılması, təchizatçı münasibətlərinin strateji səviyyədə qurulması, həmçinin Təchizat Mütəxəssislərinin işinin əlaqələndirilməsi və rəhbərliyə dəstək verilməsi məqsədilə təchizat proseslərinin idarə olunması və təkmilləşdirilməsi.
Əsas vəzifə və öhdəliklər
- Yüksək dəyərli və strateji əhəmiyyətli satınalma layihələrinin planlaşdırılması və icrası
- Şirkət daxilində struktur bölmələrdən daxil olan tələbatların (satınalma sorğularının) toplanması və təhlili
- Kateqoriya strategiyalarının (category strategy) hazırlanması və satınalma xərclərinin uzunmüddətli optimallaşdırılması
- Mürəkkəb tender proseslərinin təşkili, qiymətləndirmə meyarlarının müəyyən edilməsi və komissiya iclaslarında iştirak
- Açar (strateji) təchizatçılarla uzunmüddətli münasibətlərin qurulması, illik/çərçivə müqavilələrinin danışıqlarının aparılması
- Təchizatçıların əməliyyat riskləri baxımından qiymətləndirilməsi (maliyyə sabitliyi, tədarük riski, alternativ mənbələr)
- Bazar araşdırmaları və qiymət trendlərinin təhlili əsasında satınalma qərarlarının əsaslandırılması
- Yerli və xarici bazarda potensial təchizatçıların axtarışı, qiymətləndirilməsi və bazasının formalaşdırılması
- Təchizatçılardan qiymət təkliflərinin (kommersiya təklifləri) alınması, müqayisəli təhlilin (tender/qiymət müqayisəsi cədvəli) hazırlanması
- Təchizat Mütəxəssislərinin gündəlik işinin əlaqələndirilməsi, iş yükünün bölüşdürülməsi və mentorluq edilməsi
- Mürəkkəb və ya problemli satınalma məsələlərinin (mübahisələr, gecikmələr, uyğunsuzluqlar) eskalasiya səviyyəsində həll edilməsi
- Satınalma prosedur və siyasətlərinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət
- Satınalma ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Büdcə planlaşdırılmasında iştirak və satınalma ilə bağlı analitik/idarəetmə hesabatlarının (KPI, əmtəə xərcləri, qənaət) rəhbərliyə təqdim edilməsi
- Digər departamentlərlə (Maliyyə, Anbar, Hüquq, Supply Chain) strateji səviyyədə əməkdaşlığın qurulması
- Satınalma sahəsində daxili audit və uyğunluq (compliance) tələblərinə riayət olunmasının təmin edilməsi
Tələb olunan təhsil və təcrübə
- Ali təhsil (İqtisadiyyat, Menecment, Mühəndislik və ya digər aidiyyəti sahə üzrə); Magistr dərəcəsi üstünlükdür
- Təchizat/satınalma sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən strateji satınalma və danışıqlar üzrə sübut olunmuş təcrübə
- Komanda rəhbərliyi və ya mentorluq təcrübəsi arzuolunandır
- CIPS və ya digər beynəlxalq satınalma sertifikatı üstünlükdür
Bilik və bacarıqlar
- Strateji satınalma, kateqoriya idarəetməsi və təchizat zənciri prinsipləri barədə dərin biliklər
- Mürəkkəb kommersiya danışıqları aparmaq və müqavilə şərtlərini formalaşdırmaq bacarığı
- Bazar və maliyyə təhlili aparmaq bacarığı
- MS Excel (irəli səviyyə) və ERP/satınalma proqram təminatı üzrə dərin təcrübə (1C və sair)
- Liderlik, komanda idarəetməsi və qərar qəbuletmə bacarığı
- Azərbaycan dili (səlis), rus dili,ingilis dili
- Güclü analitik düşüncə, problem həll etmə və prioritetləşdirmə bacarığı
Şəxsi keyfiyyətlər
- Yüksək məsuliyyət hissi və dürüstlük
- Liderlik keyfiyyətləri və nümunəvi davranış
- Təzyiq altında və qeyri-müəyyən şəraitdə strateji qərar vermək bacarığı
- Təşəbbüskarlıq və nəticəyönümlülük
- Etik satınalma prinsiplərinə sadiqlik
İş şəraiti:
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Bayıl ərazisində yerləşir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.