Departament: Layihələndirmə (Memarlıq, Dizayn və Konstruksiya)
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 günlük iş həftəsi, tam ştat
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifənin məqsədi:
Layihələndirmə departamentində gündəlik işlərin koordinasiyasını, layihə sənədlərinin qeydiyyatını, status izlənməsini və memarlarla effektiv işin təşkili proseslərini həyata keçirmək. Bu vəzifə texniki sahəni başa düşən və təşkilatçılıq bacarıqları yüksək olan şəxs üçün nəzərdə tutulub.
Əsas vəzifə öhdəlikləri:
- Memarlıq, dizayn və konstruksiya layihələrinin qeydiyyata alınması və proses izlənməsi
- Sifarişçilərin sorğularına uyğun layihə tapşırıqlarının koordinasiyası
- İşlərin statuslarının idarə olunması – “Başladı / Davam edir / Tamamlandı” şəklində izləmə
- Gündəlik və həftəlik iş axınının qrafikə uyğunluğunun təmin edilməsi
- Layihə fayllarının (AutoCAD, PDF və s.) sistemli şəkildə saxlanılması və arxivləşdirilməsi
- Baş memarla və digər mütəxəssislərlə sıx əməkdaşlıq, vaxtında hesabatların hazırlanması
- Layihə sənədlərinin texniki oxunuşunu başa düşmək, uyğunluqları yoxlamaq
- Texniki anlayış və idarəetmə funksiyalarını yerinə yetirmək;
- Dövlət qurumlarına tələb olunan sənədlərin təqdim edilməsi, layilələrin ekspertizadan keçirilməsi.
Namizədə tələblər:
- Memarlıq və ya tikinti mühəndisliyi üzrə təhsil (ali və ya texniki)
- Layihələrin idarə olunması sahəsində təcrübə və ya potensial
- AutoCAD, MS Office və fayl idarəetmə proqramları ilə işləmək bacarığı
- Yüksək təşkilatçılıq, nəzarət və vaxtın idarə olunması bacarığı
- Texniki sənədlərlə işləmək və layihə materiallarını başa düşmək bacarığı
- Komanda ilə işləmə və departament daxilində işləri əlaqələndirmə bacarığı
Təklif edirik:
- Peşəkar layihə komandasında inkişaf imkanı
- Real layihələrlə işləmək və texniki bilikləri təkmilləşdirmək şansı
- Rəsmi əmək müqaviləsi və stabil iş şəraiti
- Motivasiyalı və açıq mühit
Müraciət qaydası:
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər və ya CV-ni [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Layihələndirmə departamentin Koordinatoru” qeyd edin.