Qala Group şirkətinə daimi yeni layihələrlə bağlı müraciət oldunduğu üçün təcrübəli işçi heyətinə, xüsusilə memarlara tələb hər zaman var. Bu səbəb ilə Layihələndirmə və memarlıq departamentinin peşəkar Memar Vizualizator vakansıyası elan edir.
Vəzifə öhdəlikləri:
- Layihələrin 2D və 3D vizualizasiyasının hazırlanması (interyer və eksteryer).
- Memarlıq və dizayn konsepsiyasına uyğun olaraq yüksək keyfiyyətli renderlərin, 3D modellərin hazırlanması.
- Memar və dizayner komandası ilə sıx əməkdaşlıq edərək layihə tələblərinin vizual təhlilini aparmaq.
- Layihə planlarının, çertyojların və texniki tapşırıqların vizual interpretasiyası.
- Material, tekstura, işıqlandırma və kompozisiya elementlərinin düzgün tətbiqi.
- Müştəri və rəhbərliyə təqdimat üçün vizual materialların hazırlanması.
- Layihələrdə edilən dəyişikliklərə uyğun olaraq vizualizasiyaların yenilənməsi.
- Vizual faylların düzgün strukturda saxlanılması və arxivləşdirilməsi.
- Render və modelləşdirmə müddətlərinə riayət etmək və verilmiş tapşırıqları vaxtında tamamlamaq.
Digər məlumat:
- Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
- İş qrafiki: 5 günlük
İş yeri: Bakı şəhəri
Vəzifəyə dair tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Memar vəzifəsində iş təcrübəsi min 3 il;
- Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Biz təklif edirik:
- Müasir və inkişaf yönümlü şirkətdə çalışmaq imkanı;
- Böyük miqyaslı, beynəlxalq tərəfdaşlı layihələrdə iştirak;
- Yüksək peşəkarlıq tələb edən mühitdə inkişaf perspektivləri;
- Maaş + performansa əsaslanan bonus sistemi;
- İllik Könüllü Tibbi sığorta paketi
- Rahat iş mühiti və peşəkar komanda.
Muraciət edənlər CV və Portfolio birlikdə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.