MEP üzrə Smeta mühəndisi

  • Deadline 2 İyul 2026

Funksiyalar

  • Mexaniki, elektrik və santexnika (MEP) işləri üzrə smeta sənədlərinin hazırlanması
  • MEP layihələri üzrə iş həcmlərinin hesablanması və qiymətləndirilməsi
  • Tender və müqavilə mərhələləri üçün MEP smeta hesablamalarının aparılması
  • Layihə dəyişiklikləri üzrə əlavə və korrektə MEP smetalarının hazırlanması
  • MEP işləri üzrə material, avadanlıq və işçilik xərclərinin müəyyən edilməsi
  • MEP sistemləri üzrə normativlərin və bazar qiymətlərinin təhlil edilməsi
  • MEP üzrə podratçı və təchizatçıların smeta və qiymət təkliflərinin yoxlanılması
  • Layihələr üzrə faktiki və planlaşdırılmış MEP xərclərinin müqayisəli təhlili
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların icrası

Vəzifə öhdəlikləri

  • Mexaniki (HVAC), elektrik, zəif axın sistemləri və santexnika işləri üzrə ilkin, işçi və icra smetalarını hazırlamaq
  • MEP layihə çertyojları və texniki spesifikasiyalar əsasında iş həcmlərini hesablamaq
  • Tender sənədləri üçün MEP smeta və maliyyə hissəsini vaxtında təqdim etmək
  • Dəyişiklik əmrləri (Variation Orders) üzrə əlavə MEP işlərinin smeta hesablamalarını aparmaq
  • MEP smeta hesablamalarının normativlərə, texniki tapşırıqlara və layihə həllərinə uyğunluğunu təmin etmək
  • MEP üzrə podratçı smetalarının yoxlanılması və əsaslandırılmış rəy verilməsi
  • Layihə müdirləri, MEP mühəndisləri və kommersiya şöbəsi ilə koordinasiyalı işləmək
  • MEP işləri üzrə xərclərin optimallaşdırılması ilə bağlı təkliflər vermək
  • Smeta sənədlərinin vaxtında hazırlanmasını və təqdim olunmasını təmin etmək
  • Şirkətin daxili qayda, prosedur və maliyyə siyasətlərinə riayət etmək
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək

Təhsil və iş təcrübəsi

  • Ali təhsil (tikinti  və ya əlaqəli sahələr üzrə);
  • Smeta və Mep Smeta sahəsində minimum 3–4 il iş təcrübəsi;

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki 
  • Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 
  • Ünvan: Sea Breez ərazisində yerləşir. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly305
  • Monthly305