Layihə haqqında məlumat:
SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Tikinti layihələrinin planlaşdırılması və iş cədvəllərinin hazırlanması.
- Layihələrin icra müddətini, resurslarını və iş proseslərini optimallaşdırmaq.
- Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin edilməsi.
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və proqrama daxil edilməsi və yenilənməsi.
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi.
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq.
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.
- Gantt qrafikləri, CPM (Critical Path Method) və digər planlama alətlərindən istifadə edərək layihə cədvəllərinin tərtibi və idarə edilməsi.
- İcra proseslərinin nəzərdən keçirilməsi, mümkün gecikmələrin müəyyən edilməsi və həll yollarının təklif edilməsi.
- Layihə rəhbərləri və digər əlaqədar tərəflərlə mütəmadi koordinasiya aparmaq.
- İş proseslərinin monitorinqi və hesabatların hazırlanması.
- Risklərin qiymətləndirilməsi və onların təsirini minimuma endirmək üçün tədbirlərin görülməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
Tələblər:
Təhsil və Təcrübə:
- İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqədar sahələr üzrə ali təhsil.
- Tikinti sahəsində, xüsusilə planlama mühəndisi kimi ən azı 2-5 il iş təcrübəsi.
Texniki Bacarıqlar:
- Primavera P6, Microsoft Project, AutoCAD və digər planlama və dizayn proqramlarından istifadə bacarığı.
- Tikinti prosesləri və texnologiyaları barədə dərin bilik.
- Layihə idarəetmə metodologiyaları üzrə təcrübə.
- İngilis dili biliyi arzu olunandır.
Şəxsi Keyfiyyətlər:
- Analitik düşüncə və problem həll etmə bacarığı.
- Güclü ünsiyyət və komandada işləmək bacarığı.
- Məsuliyyətli, detallara diqqətli və vaxtı idarəetmə qabiliyyəti;
Namizədlərdən şəkilli CV-lərini “Planlama mühəndisi” mövzusu ilə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.