İş şəraiti
- İş yeri: Bakı şəhəri, Bayıl qəsəbəsi, Sabah Residence kompleksi
- İş rejimi: Tam ştat
- Əmək haqqı: 600 – 700 AZN (net)
Əsas vəzifə öhdəlikləri:
- Ofisə gələn qonaqların qarşılanması və müvafiq şöbələrə yönləndirilməsi;
- Gələn və gedən sənədlərin qeydiyyatının aparılması və müvafiq şəxslərə çatdırılması;
- Ofis ləvazimatlarının sifariş edilməsi və uçotunun aparılması;
- Struktur bölmələrə, xüsusən də HR şöbəsinə inzibati işlərdə dəstək göstərilməsi;
- Telefon zənglərinin cavablandırılması və lazımi məlumatların ötürülməsi;
- Ofis daxilində gündəlik inzibati işlərin koordinasiyası.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dillərini bilməsi üstünlükdür;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarığı, məsuliyyətli və operativ olma
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.