Sahə mühəndisi (Fitout)

  • Истекает 23 ноябрь 2025

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə tikinti işlərinin çertyojlara, texniki şərtlərə və normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
  • Tikinti sahəsində gündəlik işlərin təşkilini təmin etmək, ustalar və podratçılar arasında iş bölgüsünü düzgün qurmaq;
  • İcra planlarını və iş qrafiklərini hazırlamaq, icra dinamikasını izləmək və rəhbərliyə hesabat vermək;
  • Material və texniki resursların vaxtında təmin olunmasını nəzarətdə saxlamaq, istehlakı hesabatlarda əks etdirmək;
  • Görülmüş işlərin keyfiyyətinə, texnologiyaya və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Sahədə edilən dəyişiklikləri, əlavə işləri və uyğunsuzluqları Layihə meneceri və texniki şöbə ilə razılaşdırmaq;
  • Ölçü alımları, metraj və icra aktlarının hazırlanmasında iştirak etmək və təsdiq üçün təqdim etmək;
  • Gündəlik, həftəlik və aylıq icra hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Layihə üzrə podratçı işlərinin koordinasiyası, iş həcminə və keyfiyyətə əsasən qəbul prosesində iştirak etmək;
  • Sahə üzrə texniki sənədləşmə (as-built drawing, akt, hesabat və s.) işlərini dəqiqliklə aparmaq.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
  • Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
  • (DK,MK,MH,MEP,XSK,və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır)

İş yeri: Nardaran

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.

  • Daily62
  • Weekly62
  • Monthly2176