Vəzifə öhdəlikləri:
- Layihə üzrə tikinti işlərinin çertyojlara, texniki şərtlərə və normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
- Tikinti sahəsində gündəlik işlərin təşkilini təmin etmək, ustalar və podratçılar arasında iş bölgüsünü düzgün qurmaq;
- İcra planlarını və iş qrafiklərini hazırlamaq, icra dinamikasını izləmək və rəhbərliyə hesabat vermək;
- Material və texniki resursların vaxtında təmin olunmasını nəzarətdə saxlamaq, istehlakı hesabatlarda əks etdirmək;
- Görülmüş işlərin keyfiyyətinə, texnologiyaya və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Sahədə edilən dəyişiklikləri, əlavə işləri və uyğunsuzluqları Layihə meneceri və texniki şöbə ilə razılaşdırmaq;
- Ölçü alımları, metraj və icra aktlarının hazırlanmasında iştirak etmək və təsdiq üçün təqdim etmək;
- Gündəlik, həftəlik və aylıq icra hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə üzrə podratçı işlərinin koordinasiyası, iş həcminə və keyfiyyətə əsasən qəbul prosesində iştirak etmək;
- Sahə üzrə texniki sənədləşmə (as-built drawing, akt, hesabat və s.) işlərini dəqiqliklə aparmaq.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
- Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
- (DK,MK,MH,MEP,XSK,və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır)
İş yeri: Nardaran
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.