Struktur bölmə: Kommersiya Departamenti
Tabeçilik: Satınalma Rəhbəri / Kommersiya Direktoru
Vəzifə Öhdəlikləri:
- Şirkətin tələblərinə uyğun olaraq satınalma prosesinin tam dövriyyəsini həyata keçirmək
- Bazar araşdırması aparmaq, yeni təchizatçılar tapmaq və qiymət müqayisələrini hazırlamaq
- Təchizatçılarla qiymət, keyfiyyət, çatdırılma şərtləri və ödəniş müddətləri üzrə danışıqlar aparmaq
- Satınalma sifarişlərini hazırlamaq, təsdiq proseslərini koordinasiya etmək
- Təhvil-təslim prosesinə nəzarət etmək, daxil olan malların uyğunluğunu yoxlamaq
- Müqavilələrin, kommersiya təkliflərinin və texniki sənədlərin işlənməsində iştirak etmək
- Satınalma fəaliyyətinə dair aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Təchizatçıların fəaliyyətinə dair performans qiymətləndirmələri aparmaq
- Büdcə ilə işləmək prinsiplərinə uyğun olaraq xərclərin optimallaşdırılmasına dəstək vermək
- 1C və daxili ERP sistemində bütün satınalma əməliyyatlarının uçotunu aparmaq
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment və ya əlaqəli sahə üzrə)
- Satınalma və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi
- Bazar araşdırmaları, kommersiya müqayisəsi və tender prosesi ilə bağlı biliklər
- 1C, Microsoft Office (xüsusilə Excel) üzrə yüksək bacarıq
- Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək qabiliyyəti
- Tikinti və ya istehsalat sahəsində iş təcrübəsi üstünlükdür
Şirkətin Təklifləri:
- Rəsmi əmək müqaviləsi
- Stabil və təhlükəsiz iş mühiti
- Aylıq əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
- Karyera inkişafı və təlim imkanları
- Korporativ Tibbi sığorta paketi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.