Qala Group Qala Group
  • 506

SƏTƏM (HSE) Mütəxəssisi

  • Deadline 26 Oktyabr 2025

İş yeri: Sea Breeze ərazisi, yaşayış komplekslərinin inşaat layihəsi

Vəzifə öhdəlikləri:

  • İnşaat sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM/HSE) qaydalarının tətbiqini təmin etmək;
  • Əmək mühafizəsi və texniki təhlükəsizliklə bağlı təlimatları hazırlamaq və işçilərin maarifləndirilməsini təşkil etmək;
  • İnşaat meydançasında təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
  • Risklərin qiymətləndirilməsini aparmaq, potensial təhlükələri vaxtında müəyyənləşdirib qabaqlayıcı tədbirlər görmək;
  • Hadisə və qəzaların araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Müvafiq yerli qanunvericiliyə və beynəlxalq standartlara (ISO 45001, ISO 14001 və s.) uyğunluğu təmin etmək;
  • SƏTƏM üzrə sənədləşməni, reyestrləri və hesabatlılığı aparmaq.

Tələblər:

  • Ali təhsil (mühəndislik, texniki və ya müvafiq sahələr üzrə);
  • İnşaat layihələrində SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi, əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı qanunvericilik üzrə biliklər;
  • ISO 45001, ISO 14001 və digər beynəlxalq standartlarla işləmə təcrübəsi;
  • Güclü müşahidə qabiliyyəti, operativ qərarvermə və hesabat hazırlama bacarıqları;
  • Komandada işləmək və işçilərlə effektiv kommunikasiya qurmaq bacarığı.

Şərtlər:

  • İş yeri: Sea Breeze yaşayış komplekslərinin inşaat ərazisi;
  • Əmək haqqı: Müsahibə əsasında;
  • İş rejimi: 6 günlük iş həftəsi.
  • Gediş-gəliş üçün nəqliyyat təmin edilir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly227
  • Monthly1243