İş şəraiti:
- İş yeri: Sea Breeze ərazisi, tikinti sahəsi
- Struktur: Tikinti layihəsinin idarəedilməsi komandası
- İşçi sayı: Təxminən 600 nəfər
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində çalışan mühəndis, iş icraçıları, usta və fəhlə heyətinin gündəlik davamiyyətinin qeydiyyatını aparmaq
- Tabel uçotu sistemini dəqiq şəkildə idarə etmək və rəhbərliyə təqdim ediləcək gündəlik/aylıq hesabatları hazırlamaq
- Davamiyyətə dair mənbə sənədlərinin düzgünlüyünə nəzarət etmək və mövcudluq uyğunsuzluqlarını araşdırmaq
- Sahə rəhbərləri ilə əməkdaşlıq edərək real vaxtlı davamiyyət nəzarətini təmin etmək
- Əməkdaşların iş rejiminə, naryad və növbəlilik sisteminə uyğunluğuna nəzarət etmək
- Excel və digər elektron sistemlər vasitəsilə davamiyyət bazasının idarə olunması
- Əməkdaşların giriş-çıxış və fasilə saatlarının analitik təhlilini aparmaq, uyğunsuzluqlar üzrə geribildirim vermək
Tələblər:
- Tabel uçotu, davamiyyət idarəçiliyi və ya işçi heyətinin qeydiyyatı sahəsində minimum 1 il iş təcrübəsi
- Əla səviyyədə Microsoft Excel bacarığı (formullar, pivot table, conditional formatting və s.)
- Analitik düşüncə və detallara diqqət
- Çevik, operativ və qaydalara uyğun işləmə bacarığı
- Sahədə işləməyə uyğun intizamlı və məsuliyyətli yanaşma
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır)
Təklif olunur:
- Böyük tikinti layihəsində təcrübə qazanmaq imkanı
- Rəqabətli əməkhaqqı
- Peşəkar və dinamik komanda ilə əməkdaşlıq
- Gündəlik sahə təcrübəsinə əsaslanan real nəticə əsaslı iş modeli
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.