Tikinti sahəsində Sahə Rəisi

  • Deadline 2 İyul 2026

Funksiyalar

  • Layihə sahəsində tikinti işlərinin gündəlik icrasının təşkili və idarə olunması
  • Sahədə işçi qüvvəsi, avadanlıq və materialların düzgün istifadəsinə nəzarət
  • Layihə qrafiklərinə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi
  • Sahədə əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) tələblərinə əməl olunmasına nəzarət
  • Sahə Mühəndisləri və Briqadirlər vasitəsilə işlərin düzgün koordinasiyasının təmin olunması
  • Podratçı və subpodratçı işlərinin sahədə nəzarətinin həyata keçirilməsi
  • Layihə rəhbərliyi üçün gündəlik və həftəlik hesabatların hazırlanması
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların icrası

Vəzifə öhdəlikləri

  • Sahədə işlərin layihə planına uyğun icrasını təmin etmək
  • Sahə Mühəndislərinə tapşırıqlar vermək və onların işini koordinasiya etmək
  • Briqadirlərin fəaliyyətinə nəzarət və iş bölgüsünü təşkil etmək
  • Material və avadanlıqların sahədə vaxtında və düzgün istifadəsini təmin etmək
  • Tikinti sahəsində Keyfiyyət və SƏTƏM qaydalarına əməl olunmasına nəzarət etmək
  • Sahədə texniki problemlərin dərhal həllini təmin etmək və layihə rəhbərini məlumatlandırmaq
  • Gecikmə, risk və dəyişiklik halları barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək
  • Podratçı və subpodratçıların sahədə işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun icrasına nəzarət etmək
  • Sahə hesabatlarının hazırlanması və arxivləşdirilməsini təmin etmək

Təhsil və iş təcrübəsi

Ali təhsil (tikinti və ya əlaqəli sahələr üzrə);

Tikinti və ya layihə  sahəsində minimum 3–5 il iş təcrübəsi;

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki 
  • Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 
  • Ünvan: Sea Breez ərazisində yerləşir. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily148
  • Weekly300
  • Monthly300