“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Məhsul Meneceri/Sahibi” tələb olunur:
Namizədə olan tələblər:
- İqtisadiyyat və ya Biznesin İdarə Edilməsi əlaqəli sahədə ali təhsil.
 - Yüksək kommunikasiya və cross-functional komanda əməkdaşlığı.
 - Məhsul idarəçiliyi, biznes analitikası və ya marketinq sahəsində ən azı 2 illik təcrübə. Sığorta, fintech və ya rəqəmsal xidmət sahəsində təcrübə üstünlükdür.
 - Agile / Scrum çərçivəsində məhsul inkişafı proseslərini bilmək.
 - Strateji və analitik düşüncə, roadmap və məhsul təklifləri qurmaq bacarığı.
 - Marketinq anlayışı və istifadəçi davranışlarını dəyərləndirmək bacarığı.
 - Rəqəmsal məhsullarla işləmə təcrübəsi (MVP, testlər, data təhlili).
 
Əsas vəzifə öhdəlikləri:
- Məhsul üzrə strateji baxış, roadmap və prioritetlərin müəyyən edilməsi.
 - Rəqəmsal məhsulların (mobil tətbiq, şəxsi kabinet) funksional inkişafının idarə olunması.
 - Məhsulun həyat dövrünün planlanması və MVP versiyalarının yaradılması.
 - Kompleks və hibrid sığorta məhsullarının hazırlanması və müştəri seqmentlərinə uyğunlaşdırılması.
 - Məhsul performansının (satışlar, NPS, konversiya) dashboard və KPI-lər üzrə ölçülməsi.
 - Müştəri məlumatlarının təhlili, scoring modellərinin tətbiqi və təkmilləşdirilməsi.
 - Təkliflərin fərdiləşdirilməsi üçün data əsaslı qərarların qəbulu və A/B testlərinin təşkili.
 - Marketinq komandası ilə birgə məhsulun mövqeləndirilməsi, mesajlaşma və tanıtım materiallarının hazırlanması.
 - Rəqəmsal və ənənəvi kanallarda kampaniyaların təşkili və nəticələrinin təhlili.
 - Loyallıq proqramları, lead generation və remarketing təşəbbüslərinin dəstəklənməsi.
 - Rəqiblərin məhsullarını, qiymət strategiyalarını və satış kanallarını analiz etmək.
 - Trendləri və müştəri gözləntilərini izləyərək məhsul üzrə təkliflərin optimallaşdırılması.
 - SWOT və BCG kimi çərçivələrlə məhsul mövqeləndirməsinin təhlili.
 - UI/UX dizayner, proqramçılar və satış komandası ilə məhsul inkişafına dair sıx əməkdaşlıq.
 - Banklar, partnyorlar və dövlət sistemləri ilə inteqrasiya tələb və texniki koordinasiyanın aparılması.
 
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
 - Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
 - Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
 - Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
 
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
 - Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74
 
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Məhsul Meneceri/Sahibi” qeyd etməklə göndərə bilərlər.