Namizədə olan tələblər:
- Təhsil: Ali. Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır.
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- İş təcrübəsi: Maliyyə və ya hüquq sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Sığortaçının idarəetmə orqanlarının və komitələrinin bütün üzvləri ilə işləyir, onlara qərəzsiz məsləhətlər verir və sığortaçının məqsədlərinə uyğun hərəkət edir;
- Direktorlar Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər verir, onunla birgə sığortaçının korporativ idarəetməsinin sığortaçının məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir və sığortaçının korporativ idarəetmə strukturunun gücləndirilməsi üçün zəruri tədbirlər müəyyən edir;
- Direktorlar Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin edir, o cümlədən təlimlər təşkil edir və onların peşəkar inkişafına dəstək göstərir;
- sığortaçının idarəetmə orqanlarının və komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir, həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;
- sığortaçının idarəetmə orqanlarının və komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;
- Direktorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;
- sığortaçı tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
- Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
- Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini elektron poçt ünvanına mövzuda “Korporativ katib” qeyd etməklə göndərə bilərlər.