Tələb edilən bilik, bacarıq və təcrübə:
- Ali və ya orta təhsil (ali təhsilə üstünlük verilir);
- Azərbaycan və rus dillərində səlis danışmaq, baza ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Vaxtın idarəedilməsi bacarığı;
- Ünsiyyət bacarığı;
- Dinləmək bacarığı;
- Stressə davamlılıq;
- Operativlik;
- Yeniliklərə açıq;
- Konstruktiv əlaqələr qurmaq bacarığı;
- Nəticəyə nail olmaq;
- Məntiqi təfəkkür;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlılıq üstünlükdür;
- Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür.
Vəzi̇fə və öhdəli̇klər:
- Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını həyata keçirmək;
- Daxil olan müraciətlər cavablandırılarkən Şirkətin elektron informasiya sistemində müvafiq qeydlər aparmaq;
- Daxil olan zəngləri seqmentləşdirərək əlaqəli struktur vahidinə yönləndirmək;
- Müştəri məmnuniyyətinin təmin olunması məqsədlərinə nail olmaq üçün müştərilərdən geridönüşlər almaq;
- Daxil olan sorğuları yazılı cavablandırmaq;
- Buraxılmış zənglərə geridönüşlər etmək;
Əmək şəraitinin şərtləri:
- Çağrı Mərkəzinin 24/7 işi ilə bağlı olaraq növbəli iş rejimi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 2024-cü il tarixinədək elektron poçt ünvanına email-in mövzu hissəsində “Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.