Q Qalaalti Hotel & Spa
  • 740

Təchizat üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat üzrə baş mütəxəssis

  • Deadline 24 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Şöbə: Təchizat 
  • Ünvan: Şabran rayonu   
  • Əmək funksiyası 

Vəzifə öhdəlikləri:

  • Malların alınması üzrə hotelin tətbiq etdiyi alış siyasəti, proseduraları, standartları və hotelin daxili və xarici müştərilərin tələblərinin təmin olunması məqsədi ilə alınması üçün sifariş verilmiş məhsulların alınması, sifariş olunmuş malların və xidmətlərin təhvil verilməsi, gömrük sənədləşdirməsi və otelimizin tədarükçülərinə müvafiq ödənişlərin edilməsi də daxil olmaqla alış şöbəsi ilə əlaqədar olan fəaliyyətlərini planlaşdırır, müəyyənləşdirir və nəzarət edir;
  • Şöbələrin ehtiyacları barəsində məlumat əldə etmək və məhsulların alınması üzrə məsuliyyət daşıyan heyətin həmin şöbələrə kömək təklif etmək, onların ehtiyaclarını müvafiq qaydada təmin etmək və şöbələrin etdikləri sifarişlərin vəziyyəti, axtarılması və s. barəsində məlumatlandırmaq üçün Şöbə Rəhbərləri ilə birlikdə işləmək;
  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
  • Gələcəkdə tələb olunacaq ehtiyatların /sifarişlərin alınmasına nəzarət edir və məsələlərin alternativ yolla həll olunmasında maraqlı olan Şöbə Rəhbərlərinə məsləhətlər verir; 
  • Malların alınması üzrə məsul olan Şöbənin tədarükçülərinin siyahısı və xərclərinin təmin olunması, bütün sifarişləri təmin etmək üçün sistemə nəzarət etmək, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək kimi iş fəaliyyətinə nəzarət olunmasını və yoxlanışını həyata keçirir;
  • Alınmış sifarişlər üzrə Tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək üçün bütün ödəniş qəbzlərini yoxlayır;
  • Hotelə məhsulların və xidmətlərin müntəzəm olaraq təchiz edilməsini təmin etmək üçün yerli və beynəlxalq tədarükçülərlə yaxşı iş əlaqələri yaradır;
  • Ölkə sərhədləri çərçivəsində bütün xarici sifarişlərin qanuni proseduralar vasitəsi ilə həyata keçirildiyi üçün tələb olunan zəruri icazələrin və lisenziyaların alınması istiqamətində müraciət edir;  
  • Qiymətləri öyrənmək, bazarlara və tədarükçülərə baş çəkmək və ticarət yarmarkalarında iştirak etməklə yerli bazarlarda nələrin əldə edilməsinin mümkün olması haqqında məlumat əldə edir;
  • Hər zaman alınmış məhsulların çatdırılması və paylanmasını xərclərə nəzarət bölməsi ilə birlikdə müəyyənləşdirir;
  • Yerli rəsmi orqanlarla, gömrük xidməti və vergilər agentliyi ilə daimi əməkdaşlıq etmək və yeni məlumatlar əldə etmək üçün iş münasibətləri qurur;
  • İclaslarda iştirak etmək, alınmış məhsullar üzrə aylıq təhlil hesabatının hazırlanması və çalışdığı vəzifə ilə əlaqədar digər vəzifələr kimi bir sıra administrativ vəzifələr toplusunu həyata keçirir;
  • Məhsuldarlığın artırılmasına və gəlirliliyə nail olmaq məqsədi ilə kifayət qədər bacarıqlara sahib olmaq üçün işçilərə təlimlər keçmək;
  • İş fəaliyyətinin illik qiymətləndirməsini həyata keçirmək; 
  • Bütün potensial və real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq;
  • Şöbədə həftəlik iş qrafiklərinin hazırlanmasına və yerləşdirilməsinə nəzarət etmək, onların biznes ehtiyaclarını və digər əsas fəaliyyət göstəricilərini əks etdirdiyinə əmin olmaq;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və maliyyə sahəsində).
  • İş təcrübəsi: Təchizat sahəsində ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • 1С 8.3 və İscala proqramlarında işləmə bacarığı;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Teambuilding, networking və digər korporativ tədbirlərin koordinasiyası bacarığı.

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

  • Daily0
  • Weekly272
  • Monthly151