Q Qalaalti Hotel & Spa
  • 1.4K

Xərclər üzrə nəzarətçi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xərclər üzrə nəzarətçi

  • Deadline 8 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur: Maliyyə şöbəsi

Tabeçilik: Maliyyə şöbəsinin müdiri

Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa

Tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr
  • Microsoft Office və 1C  proqramlarında işləmək bacarığı;
  • Satınalma prosesləri və idarə edilməsi üzrə biliklər;
  • Məlumat Texnologiyaları sahəsində güclü biliklər;
  • Kommunikasiya, nəzarət və analitik bacarıqlar.

Vəzifə öhdəlikləri:

  • Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
  • Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
  • Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
  • Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
  • Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
  • Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
  • Həftəlik/aylıq əsasında Qida İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq.
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı ştat cədvəlinə uyğun;
  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Tibbi sığorta;
  • Mobil telefon və korporativ nömrə;
  • Gündəlik 3 dəfə qidalanma;
  • Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Xərclər üzrə nəzarətçi” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019