Qalan Qalan
  • 208

Qalan

Education

Tarqetoloq (Meta & Digital Ads)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tarqetoloq (Meta & Digital Ads)

  • Deadline 29 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizin genişlənməsi ilə əlaqədar komandamıza təcrübəli və nəticəyönümlü Tarqetoloq axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

  • Meta (Facebook/Instagram), həmçinin TikTok və digər rəqəmsal platformalarda reklam kampaniyalarının planlaşdırılması, qurulması və optimizasiyası
  • Effektiv lead-generasiya strategiyalarının qurulması və keyfiyyətli lead axınının təmin edilməsi
  • Reklam kampaniyalarının effektivliyinin artırılması və miqyaslanması
  • CPL, CPA, CTR, ROAS kimi əsas performans göstəricilərinin mütəmadi izlənməsi və təhlili
  • Yeni hipotezlərin hazırlanması, A/B testlərin aparılması və nəticələrin qiymətləndirilməsi
  • Reklam materialları üçün texniki tapşırıqların hazırlanması və müvafiq komandalarla koordinasiya
  • Kampaniya nəticələrinə dair hesabatların hazırlanması və təqdim edilməsi
  • Marketinq, satış və kontent komandaları ilə effektiv əməkdaşlıq
  • Müraciətlərin maya dəyərinin optimallaşdırılması və konversiya göstəricilərinin artırılması

Namizədə olan tələblər:

  • Tarqetinq və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Lead-generasiya və Lead Forms ilə işləməkdə praktiki təcrübə
  • Meta Ads, TikTok Ads və digər reklam platformaları ilə işləmə bacarığı
  • Meta Pixel, Conversion API, retargeting və custom audience-lər üzrə biliklər
  • Rəqəmsal analitika və əsas performans metrikaları üzrə praktiki təcrübə
  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili arzuolunandır)
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı
  • Məsuliyyətlilik, strukturlaşdırılmış yanaşma və deadline-lara riayət

Təklif olunan şərtlər:

  • Müasir və komfortlu iş mühiti
  • Rəqabətli əməkhaqqı və KPI əsaslı bonus sistemi
  • Peşəkar inkişaf və təlim imkanları
  • Dinamik və peşəkar komanda mühiti
  • Karyera inkişafı üçün perspektiv imkanlar
  • İş qrafiki: 10:00 – 19:00, həftədə 5/2
  • Əməkhaqqı: Müsahibə əsnasında namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən olunacaq

Üstünlük sayılacaq:

  • Təhsil və ya infobiznes sahəsində reklam təcrübəsi
  • Böyük büdcəli kampaniyalarla işləmə təcrübəsi
  • CRM sistemləri və satış funnel-ları haqqında anlayış

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd - Maraqlanan namizədlərdən CV-lərini və mümkün olduqda kampaniya nəticələrini təqdim etmələri xahiş olunur.

  • Daily60
  • Weekly493
  • Monthly60