Şirkətimizin genişlənməsi ilə əlaqədar komandamıza təcrübəli və nəticəyönümlü Tarqetoloq axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Meta (Facebook/Instagram), həmçinin TikTok və digər rəqəmsal platformalarda reklam kampaniyalarının planlaşdırılması, qurulması və optimizasiyası
- Effektiv lead-generasiya strategiyalarının qurulması və keyfiyyətli lead axınının təmin edilməsi
- Reklam kampaniyalarının effektivliyinin artırılması və miqyaslanması
- CPL, CPA, CTR, ROAS kimi əsas performans göstəricilərinin mütəmadi izlənməsi və təhlili
- Yeni hipotezlərin hazırlanması, A/B testlərin aparılması və nəticələrin qiymətləndirilməsi
- Reklam materialları üçün texniki tapşırıqların hazırlanması və müvafiq komandalarla koordinasiya
- Kampaniya nəticələrinə dair hesabatların hazırlanması və təqdim edilməsi
- Marketinq, satış və kontent komandaları ilə effektiv əməkdaşlıq
- Müraciətlərin maya dəyərinin optimallaşdırılması və konversiya göstəricilərinin artırılması
Namizədə olan tələblər:
- Tarqetinq və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- Lead-generasiya və Lead Forms ilə işləməkdə praktiki təcrübə
- Meta Ads, TikTok Ads və digər reklam platformaları ilə işləmə bacarığı
- Meta Pixel, Conversion API, retargeting və custom audience-lər üzrə biliklər
- Rəqəmsal analitika və əsas performans metrikaları üzrə praktiki təcrübə
- Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili arzuolunandır)
- Analitik və strateji düşünmə qabiliyyəti
- Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı
- Məsuliyyətlilik, strukturlaşdırılmış yanaşma və deadline-lara riayət
Təklif olunan şərtlər:
- Müasir və komfortlu iş mühiti
- Rəqabətli əməkhaqqı və KPI əsaslı bonus sistemi
- Peşəkar inkişaf və təlim imkanları
- Dinamik və peşəkar komanda mühiti
- Karyera inkişafı üçün perspektiv imkanlar
- İş qrafiki: 10:00 – 19:00, həftədə 5/2
- Əməkhaqqı: Müsahibə əsnasında namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən olunacaq
Üstünlük sayılacaq:
- Təhsil və ya infobiznes sahəsində reklam təcrübəsi
- Böyük büdcəli kampaniyalarla işləmə təcrübəsi
- CRM sistemləri və satış funnel-ları haqqında anlayış
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd - Maraqlanan namizədlərdən CV-lərini və mümkün olduqda kampaniya nəticələrini təqdim etmələri xahiş olunur.