Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Beynəlxalq münasibətlər nəzəriyyələri”, “Beynəlxalq təhlükəsizlik”, “Beynəlxalq siyasi iqtisad”, “Xarici siyasət təhlili”, “Siyasi fikir tarixi”, “Cənubi Qafqaz: Qonşuluq münasibətləri və regional geosiyasət”, “Sosial elmlərdə tədqiqat metodları” istiqamətləri üzrə müəllim işə qəbul elan edir.
İşin təsviri:
- Dərs yükünə uyğun fənlərin tədrisi;
- Fənn sillabuslarının hazırlanması;
- Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
- Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
- Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
- Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.
Tələblər:
- Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
- Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
- İngilis dili üzrə minimum C1 səviyyəsi;
- Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
- Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
- Yüksək kommunikasiya bacarığı;
- Liderlik və idarəetmə bacarıqları.
Qeyd: Bütün fənlər ingilis dilində tədris olunacaq.
Tələb olunan sənədlər:
- CV (ingilis dilində);
- Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
- Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
- Motivasiya məktubu (maksimum 500 söz).
Təklif etdiyimiz üstünlüklər:
- Rəqabətədavamlı əməkhaqqı
- Elmi-tədqiqat mühiti
- Xankəndidə mənzillə təminat
- Akademik inkişaf imkanları
- Ekoloji təmiz və yaşıl şəhər
Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Beynəlxalq münasibətlər nəzəriyyələri istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.