Qarabağ Universiteti Qarabağ Universiteti
  • 203

Qarabağ Universiteti

Образование

Hüquqşünaslıq ixtisası üzrə müəllim

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünaslıq ixtisası üzrə müəllim

  • Истекает 4 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Hüquq tarixi”, “Konstitusiya hüququ”, “Müqavilə hüququ”, “Hüquqi yazı”, “Hüquq nəzəriyyəsi”, “Hüquq və hüquq sisteminin əsasları”, “Mülki-prosessual hüquq”, “İnzibati-prosessual hüquq”, “Avropa İttifaqı hüququ”, “Kommersiya hüququ”, “Beynəlxalq xüsusi hüquq”, “Beynəlxalq hüquq”, “Biznes hüququ”, “Turizm hüququ”, “Hüquq və ictimai münasibətlər”, “Beynəlxalq ticarət hüququ” istiqamətləri üzrə müəllim işə qəbul elan edir.

İşin təsviri:

  • Dərs yükünə uyğun fənlərin tədrisi;
  • Fənn sillabuslarının hazırlanması; 
  • Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
  • Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
  • Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər:

  • Hüquq sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və ya elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
  • Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq  tələb istisna edilə bilər);
  • Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq məcəllələr üzrə dərin biliklərə malik olmaq;
  • Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;
  • Tədqiqat bacarığı;
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
  • İngilis dili üzrə minimum C1 səviyyəsi; 
  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Liderlik və idarəetmə bacarıqları.

Qeyd: Hüquq tarixi, Hüquq və hüquq sisteminin əsasları, Hüquq nəzəriyyəsi, Konstitusiya hüququ, Biznes hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində);
  • Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
  • Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  • Motivasiya məktubu (maksimum 500 söz).

Təklif etdiyimiz üstünlüklər:  

  • Rəqabətədavamlı əməkhaqqı
  • Elmi-tədqiqat mühiti 
  • Xankəndidə mənzillə təminat
  • Akademik inkişaf imkanları
  • Ekoloji təmiz və yaşıl şəhər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Hüquq tarixi istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir. 

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly473
  • Monthly476