Qarabağ Universiteti Qarabağ Universiteti
  • 192

Qarabağ Universiteti

Образование

Psixologiya ixtisası üzrə müəllim

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Psixologiya ixtisası üzrə müəllim

  • Истекает 4 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qarabağ Universiteti   2026-2027-ci tədris ili üçün “Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası”, “Psixologiyada tədqiqat metodları”, “Şəxsiyyət psixologiyası”, “Ümumpsixoloji praktikum”, “Psixofiziologiya”, “Ailə və evlilik psixologiyası”, “Klinik psixologiya”,  “Uşaq inkişafı və təhsil psixologiyası” istiqamətləri üzrə müəllim işə qəbul elan edir. 

İşin təsviri:

  • Dərs yükünə uyğun fənlərin tədrisi;
  • Fənn sillabuslarının hazırlanması; 
  • Elmi-tədqiqatların  aparılması  və  elmi  jurnallarda  dərc edilməsi;
  • Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
  • Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər:

  • Psixologiya sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
  • Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq  tələb istisna edilə bilər);
  • Tədqiqat bacarığı;
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
  • Minimum B2 səviyyəsində ingilis dili bilikləri;
  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Liderlik və idarəetmə bacarıqları.

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində);
  • Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
  • Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  • Motivasiya məktubu (maksimum 500 söz).

Təklif etdiyimiz üstünlüklər:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Elmi-tədqiqat mühiti 
  • Xankəndidə mənzillə təminat
  • Akademik inkişaf imkanları
  • Ekoloji təmiz və yaşıl şəhər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir. 

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly473
  • Monthly476