Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Asiya və Afrika ölkələri tarixi”, “Avropa və Amerika ölkələri tarixi”, “Türk xalqları tarixi”, “Şərq xalqları tarixi”, “Azərbaycan tarixi” istiqamətləri üzrə müəllim işə qəbul elan edir.
İşin təsviri:
- Dərs yükünə uyğun fənlərin tədrisi;
- Fənn sillabuslarının hazırlanması;
- Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
- Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
- Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
- Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.
Tələblər:
- Tarix sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
- Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);
- Tədqiqat bacarığı;
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
- Minimum B2 səviyyəsində ingilis dili bilikləri;
- Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
- Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
- Yüksək kommunikasiya bacarığı;
- Liderlik və idarəetmə bacarıqları.
Qeyd: Asiya və Afrika ölkələri tarixi, Avropa və Amerika ölkələri tarixi fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.
Tələb olunan sənədlər:
- CV (ingilis dilində);
- Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
- Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
- Motivasiya məktubu (maksimum 500 söz).
Təklif etdiyimiz üstünlüklər:
- Rəqabətədavamlı əməkhaqqı
- Elmi-tədqiqat mühiti
- Xankəndidə mənzillə təminat
- Akademik inkişaf imkanları
- Ekoloji təmiz və yaşıl şəhər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Asiya və Afrika ölkələri tarixi istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.