Qarabağ Universiteti Qarabağ Universiteti
  • 267

Qarabağ Universiteti

Образование

Tarix ixtisası üzrə müəllim

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tarix ixtisası üzrə müəllim

  • Истекает 4 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qarabağ Universiteti  2026-2027-ci tədris ili üçün “Asiya və Afrika ölkələri tarixi”, “Avropa və Amerika ölkələri tarixi”,  “Türk xalqları tarixi”, “Şərq xalqları tarixi”,  “Azərbaycan tarixi” istiqamətləri üzrə müəllim işə qəbul elan edir.

İşin təsviri:

  • Dərs yükünə uyğun fənlərin tədrisi;
  • Fənn sillabuslarının hazırlanması; 
  • Elmi-tədqiqatların  aparılması  və  elmi  jurnallarda  dərc edilməsi;
  • Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
  • Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər:

  • Tarix sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
  • Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq  tələb istisna edilə bilər);
  • Tədqiqat bacarığı;
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
  • Minimum B2 səviyyəsində ingilis dili bilikləri;
  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Liderlik və idarəetmə bacarıqları.

Qeyd: Asiya və Afrika ölkələri tarixi, Avropa və Amerika ölkələri tarixi  fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində);
  • Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
  • Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  • Motivasiya məktubu (maksimum 500 söz).

Təklif etdiyimiz üstünlüklər:  

  • Rəqabətədavamlı əməkhaqqı
  • Elmi-tədqiqat mühiti 
  • Xankəndidə mənzillə təminat
  • Akademik inkişaf imkanları
  • Ekoloji təmiz və yaşıl şəhər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə:  Asiya və Afrika ölkələri tarixi  istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir. 

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly473
  • Monthly476