“Qarant Kredit Lombard” MMC “Çağrı mərkəzinin şöbə müdiri” vakansiyasını elan edir.
Tələblər:
- Təhsil : Ali təhsil
- İş təcrübəsi : Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- MS Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- Dil biliyi: Azərbaycan dili-yüksək səviyyədə, Rus və İngilis dili biliyi üstünlükdür;
- Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
- Fəal və işə planlı yanaşma.
İş barədə məlumat:
- Müştərilərdən gələn müraciətləri bütün müraciət kanallarından qəbul etmək və onların sorğularına cavab vermək;
- Şirkətin fəaliyyəti haqqında məlumat vermək və kredit verilməsinin həyata keçirilməsinə köməklik göstərmək;
- Sistemdə məlumatları qeyd etmək və yeniləmək.
Əlavə məlumatlar:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
- İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
- İş yeri: Bakı şəhərində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Çağrı mərkəzinə şöbə müdiri" başlığı altında qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Və ya +994 77 209 08 79 nömrəsi ilə əlaqə saxlaya bilərlər.