“Qarant Kredit” Lombard təşkilatı Quba şəhərində yeni açılacaq filialı üçün “Əməliyyatçı Xəzinədar” vakansiyası elan edir.
İş barədə məlumat:
- Kreditin sistemə işlənməsi;
- Ödənişlərin sistemə daxil edilməsi;
- Kredit sənədlərinin düzgünlüyünə nəzarət;
- Müştərilərə hesablaşma-kassa xidməti göstərmək;
- Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq;
- Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- İş gününün sonunda nağd pul vəsaitlərini həmçinin qiymətliləri saymaq və hesabatını vermək;
- Nağd pul,qiymətlilərin və bir sıra sənədlərin qəbulu,təhvil-təslimi, saxlanması və qorunması üzrə əməliyyatları aparmaq;
- İş gününün sonunda gün ərzində aparılan mədaxil-məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra
- etmək.
- Əmək haqqı: 400-600 AZN + bonus
Tələblər:
- Ali təhsil
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti (Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır)
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- Müştərini cəlbetmə bacarığı
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarığına əsasən təyin ediləcək;
- İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
- İş yeri: Quba şəhərində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlaqə / Контакты / Contacts
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin və filialın adını (Məsələn: Əməliyyatçı Xəzinədar (Quba filialı) ) adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron poçt ünvanına və ya göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную позицию, пожалуйста, пришлите Ваше резюме, указав название вакансии в теме письма на электронный адрес. В противном случае Ваше резюме может быть не рассмотрено.
If you meet the above profile and would like to apply for this opportunity please apply by forwarding your CV to the e-mail address. Please include the job title in the email subject line, otherwise, it will not be considered.