İş barədə məlumat:
- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını həyata keçirmək;
- Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
- Müştərilərə təşkilatın kredit məhsulunun şərtləri barədə ətraflı məsləhət vermək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.;
- Müştərilərlə uzunmüddətli əməkdaşlığı təmin etmək məqsədi ilə operativ xidmət göstərmək;
- Gecikmədə olan müştərilərlə əlaqə saxlamaq və aylıq ödənişlərin həyata keçirilməsini təmin etmək;
- Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyalarının həyata keçirmək.
- Əməkhaqqı 400-600 azn +Bonus.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit mütəxəssisi (Quba, Lənkəran, İmişli və Göyçay)" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.