Vəzifə öhdəlikləri:
- Mebel layihələri üzrə sahədə ölçülərin götürülməsi və yerləşdirmə planlarının hazırlanması;
- Modellərdə konstruktiv dəyişikliklərin aparılması;
- Müştərilərlə görüşlərin təşkili və danışıqların aparılması;
- 3D modellərin hazırlanması və vizual təqdimatların (render) edilməsi.
Namizədə tələblər:
- Dizayn və konstruksiya sahəsində təcrübə və nəzəri biliklər;
- Texniki rəssamlıq və mebel dizaynı bacarığı;
- Aşağıdakı proqram təminatlarında yüksək səviyyədə işləmək bacarığı:
- AutoCAD
- 3DS Max
- Microsoft Excel
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Sənaye təhlükəsizliyi qaydaları və texniki standartlara riayət etmək.
İş şəraiti:
- İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür.
- İş yeri: Bakı ş., Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək.
Vakansiyaya müraciət üçün CV-ləri “Mebel üzrə Dizayner-Konstruktor” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərməyiniz xahiş olunur.