Əmək haqqı: 1000 AZN (vergilər çıxıldıqdan sonra kartına ödənilən məbləğ)
Tələblər və iş haqqında məlumat:
- İşçi sxemə uyğun alçıpan arakəsmə və 60x60 sm ölçüdə vinil asma tavanları quraşdıra bilməlidir;
- Bu işləri yerinə yetirmək üçün müvafiq alətlərdən istifadə etməyi bacarmalıdır. Alətlər firma tərəfindən təmin ediləcək;
- Elektrik LED panelləri sxemə uyğun quraşdıra bilməlidir;
- Alçipan konstruksiyası quraşdırıldıqdan sonra şpakilovka ilə üzləyib sonra keyfiyyətlə rəngləməyi bacarmalıdır;
- Sahəyə Sumqayıtdan firmanın avtobusu ilə və yaxud yaxın yaşayış yerindən ictimai nəqliyyatdan istifadə etməklə elə gəlməlidir ki, səhər saat 08:00-da Qaradağ rayonundakı tikinti obyektində və Qartal Tikinti Firmasının Sumqayıtda yerləşən metal-konstruksiya sexində işdə olsun;
- İşlər daima keyfiyyətli və təhlükəsiz yerinə yetirilməlidir. Bəzən ağır iş rejimində sürətli iş tələb oluna bilər, bu hallarda işçinin əməyi yüksək qiymətləndiriləcəkdir;
- Yaş aralığı 20-50 yaş olmalıdır.
- Rəhbərliyin verdiyi digər tapşırıqların ayırd edilmədən icra edilməsi tələb olunur.
İş şəraiti:
- İş saatı - 08:00-18:00;
- İstirahət günü - Bazar günləri;
- Qaradağ rayonunda və Sumqayıtda nahar yeməyi firma tərəfindən təmin edilir;
- Qaradağ rayonunda yerinə yetirilən işlər üçün işçilərin Sumqayıtdan aparılıb-gətirilməsi üçün nəqliyyat vasitəsi ayrılır.
Əlaqə vasitələri:
CV göndərə bilməyən namizədlərin Sumqayıt şəh. 48-ci məh. Koroğlu prospekti 278 ünvanında yerləşən Qartal Tikinti Firmasının Baş Ofisində Qartal Tikinti Firmasının İnsan resursları üzrə mütəxəssisi Sehran Əhmədovaya müraciət edərək, təqdim edilən hazır CV formasını doldurmaları xahiş olunur. Email: [email protected]
Əlaqə: 050 283 00 69
Namizdələr CV doldurduqdan və ilkin müsahibədən sonra qəbul üçün Firmanın baş mühəndisi Murad Muradovla görüşəcək və işə qəbul edilib-edilməməyi haqqında qərar Murad Muradovla müsahibədən sonra veriləcəkdir.
Murad Muradov namizədləri hər gün saat 17:00-da qəbul edəcək.
İşçilər bizə təcili lazımdır. Xahiş edirəm işləmək niyyətiniz varsa Qartal Tikinti Firmasının İnsan resursları üzrə mütəxəssisi Sehran Əhmədova ilə əlaqə saxlayın və yaxud email göndərin.
Email: [email protected]
Əlaqə: 050 283 00 69
Sehran Əhmədova namizədləri saat 17:00-da Murad Muradovun qəbuluna aparacaq.
Namizədlərin CV-lərini [email protected] e-mail adresinə göndərə və ya Sehran Əhmədova ilə əlaqə saxlaya bilər. Təyin olunmuş vaxtda Qartal Tikinti Firmasının Sumqayıt şəh. 48-ci məh. Koroğlu prospekti 278 ünvanına gələ bilərlər. Müraciət vaxtı Həftənin I-V günləri və 10:00-17:00 saatları arasıdır, qəbul vaxtı isə saat 17:00-dır.