Q Qartal Tikinti Firması
  • 794

Qartal Tikinti Firması

Tikinti , Tikinti və mühəndislik

Aşpaz

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aşpaz

  • Deadline 28 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Əmək haqqı: 550 AZN Vergilər tutulduqdan sonra 
  • İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası 

Tələblər:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
  • İşində məsuliyyətli və ciddi olmalı;
  • Təmizliyə xüsusi diqqət yetirməlidir;
  • Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət edə bilər.

İş haqqında məlumat:

  • Yalnız Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçilər üçün yemək hazırlayacaq. 10-15 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına ayrı-ayrı qablarda göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir. Çirkli boşqablar   aşbazların yuması üçün istehsalat sahəsinə qaytarılır.
  • İstehsalat sahəsində isə təqribən 25-30 nəfər üçün yemək hazırlanır və mətbəxin yanıda yerləşən yemək otağında işçilərə verilir. Boşqabların yuyulması və yemək zalının təmizlənməsi aşpazların məsuliyyətindədir.
  • Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40 nəfərlik yemək hazırlanır. İşçi sayı az olduqda hazırlanan yemək sayı 20-25 olur. 
  • İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
  • Aşpazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
  • Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
  • Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.
  • Ərzaq oğurluğu edən və yaxud təmizliyə riayət etməyən aşbaz dərhal işdən azad edilir.

İşçi üçün şərait:

  • İş saatı 09:00-17:00;
  • Aşpazlar öz bişirdiyi yeməkdən nahar edirlər.
  • Aşpazların geyimi firma hesabına təmin edilir;
  • İstirahət günü - Bazar günləri və bayram günləri.

CV-nizi mövzu yerində “Aşpaz” qeyd etməklə Müraciət Et butonunda yerləşən e-mail ünvanına göndərə bilərsiniz.

Əlaqədar şəxs: Əhmədova Sehran +994 50 283 00 69

  • Daily0
  • Weekly155
  • Monthly138