İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: 200-300 AZN Vergilər tutulduqdan sonra (yəni kartına ödəniləcək məbləğ)
İş yerinin ünvanı: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasinin tikinti-quraşdirma işləri üçün metal konstruksiya hazirlanmasi sahəsi
Tələblər:
- Aşpaz kimi ən azı 1 il iş təcrübəsi olmalı;
- Azərbaycan mətbəxinin yeməklərini Keyfiyyətli hazırlamağı bacarmalıdır;
- İşində məsuliyyətli və ciddi olmalı;
- Keyfiyyətə və təmizliyə xüsusi diqqət yetirməlidir;
- Ancaq Sumqayıt şəhərində yaşayan 24 yaşından 40 yaşına qədər qadınlar müraciət edə bilər.
İş haqqında məlumat:
- Yalnız Qartal Tikinti Firmasının 3 nəfər müdiriyyəti üçün Günorta və axşam yeməyi hazırlayacaq.
- Günorta yeməyini göstərilən ünvanda yerləşən Qartal Tikinti Firmasının yeməkxanasında təqribən saat 13:00-da müdiriyyətə salatlar çay və.s ilə birlikdə verməlidir.
- Həmçini 2 nəfər üçün axşam götürüləcək yeməyi hazırlayıb paketləsin
- Günorta yeməyi zamanı çirklənmiş qabları yumalı və müdiriyyətin kabinetini növbəti gün üçün təmizləməlidir
- Axşam yeməyini 2 nəfərin götürməsi üçün hazırlayıb paketləməlidir.
- Yemək üçün ərzaqı Qartal Tikinti Ffirmasının digər məsulişçisi alıb, yeməkxanaya verəcək. Bu məqsədlə Aşpaz növbəti gün üçün menyuya uyğun tələb olunan ərzaqın sifarişini 1 gün öncədən verməlidir.
- Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
- Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.
- Ərzaq oğurluğu edən və yaxud təmizliyə riayət etməyən aşpaz dərhal işdən azad edilir.
İşçi üçün şərait:
- İş vaxtı təqribən səhər saat 10:00-dan 14:00 qədərdir. Aşpaz işini bitirdikdən sonra evinə gedə bilər.
- Aşpaz işi elə planlaşdırmalıdır ki, təqdim edəcəyi günorta yeməyini saat 13:00-a qədər təqdim etsin və stolu açsın. Həmçinin 2-ci bölümdə göstərilmiş digər tələbləri icra edə bilsin.
- Aşpaz öz bişirdiyi yeməkdən nahar edə bilər. Ancaq evinə yemək apara bilməz.
- Aşpaz geyimi firma hesabına təmin edilir;
- İstirahət günü - Bazar günləri və bayram günləri.
CV-nizi mövzu yerində “Aşpaz” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Əgər CV göndərər bilmirsinizsə, aşağıda telefon nömrəsi ilə Sehran xanımla əlaqə yaradın, ofisə gəlib CV yazmağa sizə kömək etsin.
Əlaqələndirici şəxs: Əhmədova Sehran Telefon: +994 50 238 20 55