Kadrlar üzrə mütəxəssis / Ofis meneceri
Tələblər:
- Ali təhsilli olmalı;
- Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
- Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
- İngilis dili bilməsinə üstünlük verilir;
- İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
- İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
- Əmək qanunvericiliyini bilməli və əmək müqavilələrini ƏMAS sistemində yerləşdirməyi bacarmalıdır;
- 23-30 yaş həddində xanım olmalı;
- Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayanlar müraciət etməsinlər.
İş haqqında məlumat:
- Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Sənədlərinin dövriyyəsinin təmin edilməsi;
- Sənədlərin təyinatı üzrə arxivdə yerləşdirilməsi və cavabdehlərə göndərilməsi;
- İşçilərin tabelinin gündəlik,həftəlik və aylıq aparılması;
- Ezamiyyət üçün əmrlərin hazırlanması;
- Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
- Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
- Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
- Əmək müqavilələrinin və xidmət müqavilələrinin hazırlanması və xitam verilməsi;
- Əmək müqavilələrinin ƏMAS sistemində yerləşdirilməsi;
- Məktubların, emaillərin yazılması və göndərilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İşçi üçün yaradılan şəraiti:
- İlkin əmək haqqı: 800 AZN ( Vergilər çıxıldıqdan sonra )
- İş saatı 09:00-18:00; Nahar fasiləsi 13:00-14:00-a qədərdir.
- Nahar firma hesabına verilir;
- İstirahət günü - Şənbə və Bazar günləri;
- İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir. Ofis Sumqayıt şəhəri Koroğlu pr. 278 ünvanında, 48-ci məhəllədə yerləşir.
CV-nizi mövzu yerində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
+994 50 283 00 69 - Əlaqələndirici şəxs: Sehran Əhmədova