Əmək haqqı: 900-1000 manat (vergilər çıxıldıqdan sonra)
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
İşçiyə tələblər:
- Aşağıdakı maşınları idarə etmək bacarığına malik olmalıdır: Ford Tranzit Yük və Pikap Mitsubishi-L200, Kamaz trayler
- Yük maşınlarını idarə etməsi üçün B, C, D, E kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
- Sürücünün yaşı 55-dən çox olmamalıdır.
- Yaşayış yeri Sumqayıt şəhərində olmalıdır. Digər şəhər və rayonlarda yaşayanlar müraciət etməsin.
İşçi üçün şərait:
- Sürücü Azərbaycan ərazisində, Qartal Tikinti Firmasının tikinti obyektlərində çalışacaqdır.
- Nahar yeməyi firma vəsaiti hesabına təmin edilir.
- İş vaxtı 6 günlük iş həftəsidir.
- Bayram günləri və Bazar günləri iş günü deyil,
- Əgər işçi qeyri iş günlərində işə cəlb olunarsa, qeyri iş günlərində işlədiyi əlavə iş saatlarının dəyəri ödəniləcəkdir.
Əlaqə vasitələri: CV-nizi Müraciət Et düyməsində göstərilən email ünvanına, mövzu hissəsində Trayler sürücüsü yazmaqla göndərin.
Əlaqə telefonu: +994 50 235 48 69 (ancaq iş saatlarında zəng edin)
Əlaqələndirici şəxs: Firmanın Avtomobil təsərrüfatının müdiri Zakirov Orxan ilə əlaqə saxlayın. Xahiş edirik yalnız “Yük maşını” sürücüləri əlaqə saxlasın.