Qaymaq Qaymaq
  • 245

Marketinq üzrə təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq üzrə təcrübəçi

  • Deadline 21 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Premium süd məhsulları sektorunda fəaliyyət göstərən QayMaq komandası gələcəyin güclü marketinq liderlərini yetişdirmək üçün Marketinq üzrə təcrübə proqramı elan edir.

Əgər FMCG sektorunda real təcrübə qazanmaq, güclü bir brendin inkişaf prosesində birbaşa iştirak etmək və karyerana peşəkar mühitdə başlamaq istəyirsənsə, bu proqram sənin üçündür.

Proqram müddətində sən:

  • Marka rəhbəri ilə birbaşa çalışacaqsan
  • Real marketinq layihələrində iştirak edəcəksən
  • Yeni məhsul buraxılışı proseslərini öyrənəcəksən
  • Qablaşdırma, dizayn və kommunikasiya layihələrində iştirak edəcəksən
  • Satış və marketinq komandaları ilə koordinasiyalı işləyəcəksən
  • Bazar və rəqib analizləri hazırlayacaqsan
  • Kampaniya və promo layihələrinin hazırlanmasına dəstək verəcəksən
  • FMCG sektorunda premium brend idarəçiliyini real iş üzərində öyrənəcəksən

Proqram kimlər üçündür?

  • Marketinq / Biznesin İdarə Edilməsi / İqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun
  • FMCG və brend idarəçiliyinə marağı olan
  • Analitik düşüncə qabiliyyəti olan
  • Kreativ yanaşmaya sahib
  • PowerPoint və Excel proqramlarında işləmə bacarığı olan
  • Məsuliyyətli, enerjili və öyrənməyə açıq
  • Azərbaycan dilində sərbəst danışan; rus və ya ingilis dili biliyi üstünlükdür

Sən nə qazanacaqsan?

  • FMCG sektorunda real iş təcrübəsi
  • Premium brend strategiyasının qurulmasında iştirak imkanı
  • Praktiki marketinq və brand management bacarıqları
  • Peşəkar mentorluq və inkişaf imkanı
  • Dinamik və kreativ komandada çalışma təcrübəsi
  • Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı

Təcrübə proqramı haqqında

  • Təcrübə müddəti: 3 ay
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Yol xərcləri qarşılanır

Bu proqrami ugurla tamamlayan, performansi ve potensiali ile secilen namized QayMaq komandasında daimi is imkani ile temin olunacaq.

CV-lərinizi “Marketinq üzrə təcrübəçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə 055-253-13-64

  • Daily0
  • Weekly635
  • Monthly2019