Premium süd məhsulları sektorunda fəaliyyət göstərən QayMaq komandası gələcəyin güclü marketinq liderlərini yetişdirmək üçün Marketinq üzrə təcrübə proqramı elan edir.
Əgər FMCG sektorunda real təcrübə qazanmaq, güclü bir brendin inkişaf prosesində birbaşa iştirak etmək və karyerana peşəkar mühitdə başlamaq istəyirsənsə, bu proqram sənin üçündür.
Proqram müddətində sən:
- Marka rəhbəri ilə birbaşa çalışacaqsan
- Real marketinq layihələrində iştirak edəcəksən
- Yeni məhsul buraxılışı proseslərini öyrənəcəksən
- Qablaşdırma, dizayn və kommunikasiya layihələrində iştirak edəcəksən
- Satış və marketinq komandaları ilə koordinasiyalı işləyəcəksən
- Bazar və rəqib analizləri hazırlayacaqsan
- Kampaniya və promo layihələrinin hazırlanmasına dəstək verəcəksən
- FMCG sektorunda premium brend idarəçiliyini real iş üzərində öyrənəcəksən
Proqram kimlər üçündür?
- Marketinq / Biznesin İdarə Edilməsi / İqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun
- FMCG və brend idarəçiliyinə marağı olan
- Analitik düşüncə qabiliyyəti olan
- Kreativ yanaşmaya sahib
- PowerPoint və Excel proqramlarında işləmə bacarığı olan
- Məsuliyyətli, enerjili və öyrənməyə açıq
- Azərbaycan dilində sərbəst danışan; rus və ya ingilis dili biliyi üstünlükdür
Sən nə qazanacaqsan?
- FMCG sektorunda real iş təcrübəsi
- Premium brend strategiyasının qurulmasında iştirak imkanı
- Praktiki marketinq və brand management bacarıqları
- Peşəkar mentorluq və inkişaf imkanı
- Dinamik və kreativ komandada çalışma təcrübəsi
- Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı
Təcrübə proqramı haqqında
- Təcrübə müddəti: 3 ay
- Ünvan: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən təmin edilir
- Yol xərcləri qarşılanır
Bu proqrami ugurla tamamlayan, performansi ve potensiali ile secilen namized QayMaq komandasında daimi is imkani ile temin olunacaq.
CV-lərinizi “Marketinq üzrə təcrübəçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə 055-253-13-64