«Qaymaq Premium» — «Eko + Premium» konsepsiyasını özündə birləşdirən eko-butiklər şəbəkəsidir. Müəssisəmiz yüksək keyfiyyətə malik təbii fermer məhsullarının "ultra-fresh" çeşidlərini təqdim edir və müştərilərə premium səviyyəli xidmət zəmanəti verir.. Hazırda 7 filialımız fəaliyyət göstərir. Biz həm mövcud şəbəkəyə rəhbərlik edəcək, həm də yeni satış nöqtələrinin açılışını və inkişafını öz üzərinə götürəcək güclü əməliyyat lideri axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Yeni butiklərin sıfırdan açılışına tam rəhbərlik (uyğun lokasiyanın təyini, təchizat, təmir işlərinə nəzarət ).
- Açılışı planlaşdırılan filiallar üçün yeni işçi qruplarının formalaşdırılması və tam hazırlıq vəziyyətinə gətirilməsi.
- Mövcud şəbəkənin əməliyyat idarəçiliyi və fəaliyyət göstərən 7 butikdə satış hədəflərinin, müəyyən edilməsi.
- Əməliyyat xərclərinin mütəmadi optimallaşdırılması və qısaömürlü (Ultra-Fresh) məhsulların silinmə (itki) faizinin minimuma endirilməsi.
- "Eko + Premium" standartlarına nəzarət
- Təbii və orqanik kənd təsərrüfatı məhsulları üçün kritik olan "soyuq zəncir" (cold chain) qaydalarına, son istifadə tarixlərinə və sanitariya normalarına nəzarət.
- Bütün satış nöqtələrində müştərilərə premium səviyyəli xidmətin göstərilməsi, vitrinlərin vizual standartlara uyğun yığılması və təmizlik qaydalarının tətbiqi.
- İnsan resurslarının inkişafı və idarə edilməsi, satış personalının seçimi, onlara peşəkar təlimlərin keçirilməsi.
- İşçilərin motivasiyasının artırılması və onların fəaliyyətinin dövri qiymətləndirilməsi.
- Analitika və Maliyyə hesabatlılığı
- Şəbəkə üzrə bütün maliyyə göstəricilərinin (Mənfəət və Zərər) mütəmadi analizi.
- Daxili biznes proseslərinin davamlı təkmilləşdirilməsi və təsisçilərə dəqiq əməliyyat hesabatlarının təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya Biznesin idarə edilməsi sahələrinə üstünlük verilir).
- Pərakəndə satış (Premium Retail, FMCG, Eko-qida və ya HoReCa) sektorunda idarəedici və ya Əməliyyatlar üzrə menecer mövqeyində ən azı 3-5 il iş təcrübəsi.
- Yeni mağaza və ya filialların sıfırdan açılışı, komandanın qurulması və satış nöqtəsinin tam əməliyyat vəziyyətinə gətirilməsi üzrə təcrübə.
- Qısa saxlama müddəti olan (Fresh/Ultra-Fresh) kənd təsərrüfatı və süd məhsullarının spesifikasiyası, "soyuq zəncir" və logistika prinsipləri üzrə biliklər.
- Maliyyə hesabatlılığı , büdcə planlaması, marja təhlili və xərclərin optimallaşdırılması bacarığı.
- 1C , MS Office (xüsusilə MS Excel proqramında yüksək səviyyədə) və müvafiq CRM sistemlərində sərbəst işləmə qabiliyyəti.
- Azərbaycan,Rus dillərində (inglis-dili arzuolunandır) sərbəst danışıq.
- Çoxsaylı komandanı idarə etmək, yönləndirmək və mütəmadi motivasiya etmək bacarığı.
- Dinamik böyümə mühitində çevik qərar vermə, böhran və riskləri idarə etmə qabiliyyəti.
- Güclü analitik düşüncə, sistemlilik, detallara qarşı diqqətlilik və nəticəyönümlülük.
- Şəxsi avtomabilin olması mütləqdir
Sizə nə təklif edirik?
- Sabit əmək haqqı + şəffaf KPI və bonus sistemi;
- Yeni filialların uğurlu açılışına görə əlavə bonuslar;
- Nəqliyyat və mobil rabitə xərcləri;
- Sürətlə böyüyən şirkətdə yüksək səviyyəli rəhbər vəzifə;
- Biznesin inkişafına birbaşa təsir etmək və qərarvermə prosesində iştirak etmək imkanı;
- Yeni filialların açılması və şəbəkənin genişləndirilməsi ilə real karyera inkişafı;
- Qaymaq Premium-un gələcəkdə böyük premium brendə çevrilməsi prosesində əsas rəhbər rollardan birini tutmaq imkanı.
- Ünvan: Binəqədi yolu 100
Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV-nizi göndərməyiniz xahiş olunur