Premium Eco butiklər şəbəkəsinin rəhbəri

  • Истекает 2 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

«Qaymaq Premium» — «Eko + Premium» konsepsiyasını özündə birləşdirən eko-butiklər şəbəkəsidir. Müəssisəmiz yüksək keyfiyyətə malik təbii fermer məhsullarının "ultra-fresh" çeşidlərini təqdim edir və müştərilərə premium səviyyəli xidmət zəmanəti verir.. Hazırda 7 filialımız fəaliyyət göstərir. Biz həm mövcud şəbəkəyə rəhbərlik edəcək, həm də yeni satış nöqtələrinin açılışını və inkişafını öz üzərinə götürəcək güclü əməliyyat lideri axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

  • Yeni butiklərin sıfırdan açılışına tam rəhbərlik (uyğun lokasiyanın təyini, təchizat, təmir işlərinə nəzarət ).
  • Açılışı planlaşdırılan filiallar üçün yeni işçi qruplarının formalaşdırılması və tam hazırlıq vəziyyətinə gətirilməsi.
  • Mövcud şəbəkənin əməliyyat idarəçiliyi və fəaliyyət göstərən 7 butikdə satış hədəflərinin, müəyyən edilməsi.
  • Əməliyyat xərclərinin mütəmadi optimallaşdırılması və qısaömürlü (Ultra-Fresh) məhsulların silinmə (itki) faizinin minimuma endirilməsi.
  • "Eko + Premium" standartlarına nəzarət
  • Təbii və orqanik kənd təsərrüfatı məhsulları üçün kritik olan "soyuq zəncir" (cold chain) qaydalarına, son istifadə tarixlərinə və sanitariya normalarına nəzarət.
  • Bütün satış nöqtələrində müştərilərə premium səviyyəli xidmətin göstərilməsi, vitrinlərin vizual standartlara uyğun yığılması və təmizlik qaydalarının tətbiqi.
  • İnsan resurslarının inkişafı və idarə edilməsi, satış personalının seçimi, onlara peşəkar təlimlərin keçirilməsi.
  • İşçilərin motivasiyasının artırılması və onların fəaliyyətinin dövri qiymətləndirilməsi.
  • Analitika və Maliyyə hesabatlılığı
  • Şəbəkə üzrə bütün maliyyə göstəricilərinin (Mənfəət və Zərər) mütəmadi analizi.
  • Daxili biznes proseslərinin davamlı təkmilləşdirilməsi və təsisçilərə dəqiq əməliyyat hesabatlarının təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya Biznesin idarə edilməsi sahələrinə üstünlük verilir).
  • Pərakəndə satış (Premium Retail, FMCG, Eko-qida və ya HoReCa) sektorunda idarəedici və ya Əməliyyatlar üzrə menecer mövqeyində ən azı 3-5 il iş təcrübəsi.
  • Yeni mağaza və ya filialların sıfırdan açılışı, komandanın qurulması və satış nöqtəsinin tam əməliyyat vəziyyətinə gətirilməsi üzrə  təcrübə.
  • Qısa saxlama müddəti olan (Fresh/Ultra-Fresh) kənd təsərrüfatı və süd məhsullarının spesifikasiyası, "soyuq zəncir" və logistika prinsipləri üzrə biliklər.
  • Maliyyə hesabatlılığı , büdcə planlaması, marja təhlili və xərclərin optimallaşdırılması bacarığı.
  • 1C , MS Office (xüsusilə MS Excel proqramında yüksək səviyyədə) və müvafiq CRM sistemlərində sərbəst işləmə qabiliyyəti.
  • Azərbaycan,Rus dillərində (inglis-dili arzuolunandır) sərbəst danışıq.
  • Çoxsaylı komandanı idarə etmək, yönləndirmək və mütəmadi motivasiya etmək bacarığı.
  • Dinamik böyümə mühitində çevik qərar vermə, böhran və riskləri idarə etmə qabiliyyəti.
  • Güclü analitik düşüncə, sistemlilik, detallara qarşı diqqətlilik və nəticəyönümlülük.
  • Şəxsi avtomabilin olması mütləqdir

Sizə nə təklif edirik?

  • Sabit əmək haqqı + şəffaf KPI və bonus sistemi;
  • Yeni filialların uğurlu açılışına görə əlavə bonuslar;
  • Nəqliyyat və mobil rabitə xərcləri;
  • Sürətlə böyüyən şirkətdə yüksək səviyyəli rəhbər vəzifə;
  • Biznesin inkişafına birbaşa təsir etmək və qərarvermə prosesində iştirak etmək imkanı;
  • Yeni filialların açılması və şəbəkənin genişləndirilməsi ilə real karyera inkişafı;
  • Qaymaq Premium-un gələcəkdə böyük premium brendə çevrilməsi prosesində əsas rəhbər rollardan birini tutmaq imkanı.
  • Ünvan: Binəqədi yolu 100

Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV-nizi göndərməyiniz xahiş olunur

  • Daily83
  • Weekly444
  • Monthly330