Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparmaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Vergi,Sosial Fond,statistika hesabatlarını müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasını həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının,Anbar qalıqlarının hərəkətinə ciddi nəzarət etmək
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
- Hesabatların düzgün şəkildə verilməsi
- Namizədlərin Otel,restoran sahəsindən anlayışı olması üstünlükdür
Namizədə aid tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
- PMS Sertifikatı üstünlükdür.
- Müvafiq sahədə 3 il və üzəri iş təcrübəsi;
- MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilər.