Daxili auditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili auditor

  • Deadline 23 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri 

  • Müəyyən edilmiş standartlara uyğun olaraq və planda nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
  • Audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək; 
  • Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
  • Sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
  • Müəyyən edilmiş riskləri aradan qaldırmaq və ya azaltmaq üçün tövsiyələri  özündə əks etdirən yekun audit hesabatlarını hazırlamaq və ya hazırlanmasında köməklik göstərmək;
  • Yazılı hesabatlar və təqdimatlar vasitəsilə audit yoxlama nəticələrini rəhbərliyə çatdırmaq və ya çatdırılmasında köməklik göstərmək;
  • Müəyyən edilən risklərin rəhbərlik tərəfindən aradan qaldırılmasını yoxlamaq üçün izləmə audit yoxlamalarını həyata keçirmək;
  • Şirkət və şöbə daxilində effektiv əlaqələr qurmaq və inkişaf etdirmək;
  • Daxili və ya kənar təlimlərə qoşularaq peşəkar bacarıqları inkişaf etdirmək və iş mühitində qazanılan bacarıqları tətbiq etmək.

Vəzifə tələbləri

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Audit, daxili nəzarət, risklərin idarə edilməsi və ya analoji işlərdə minimum 1 il iş təcrübəsi;
  • Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı;
  • Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
  • Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır;

  Əlavə məlumatlar

  • İş yeri: Quba
  • İş günü – 5 gün

Əmək haqqı: 2000 – 3000 AZN (Namizəddən asılı olaraq)

Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1775