Vəzifə öhdəlikləri
- Qazanxananın fasiləsiz işləməsini təmin etmək.
- Normativ jurnallarda mütamadi qeydlərin aparılması və iş prosesində yaranan bütün uyğunsuzluqların vaxtında qeyd edilməsi.
- Sərf olunan enerji həcmnə nəzarət və cıhazların göstəricilərinin müvafiq jurnallarda qeyd edilməsi.
- Qazanxananın əsas və köməkçi avadanlıqlarının, ölçmə cihazlarının profilaktik yoxlanışını həyata keçirmək.
- Avadanlığın planlı profilaktik təmirində iştirak etmək.
- İş yerini və qazanxananı təmiz saxlamaq.
Namizədə tələblər:
- Orta ixtisas (çilingər-mexanik)
- Qazanxananın su qızdırıcı çənlərinin, qaz avadanlığının və köməkçi avadanlığının cihazları və iş prinsipilərinə dair biliklər.
- Qazanxananın istismar sənədlərinə olan tələblər barədə biliklər.
İş şəraiti
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər