Vəzifə öhtəlikləri:
- Şöbənin işini təşkil etmək;
- Şirkətin bütün struktur bölmələri ilə sıx əməkdaşlıq şəraitində işləyərək həmin bölmələrin zəruri mal və materiallarla təmin edilməsinə nəzarət etmək;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasını hazırlanmaq;
- Satınalmalar üzrə proses və strategiyaların hazırlanması üçün təkliflər vermək;
- Təchizat üzrə müqavilələrin bağlanması üzrə keyfiyyət, qiymət, xidmət amillərini nəzərə alaraq risklərin azaldılması üçün ən optimal şərtlərin əldə olunması üçün danışıqlar aparmaq;
- Tender sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinə nəzarət etmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların seçimi və qiymətləndirilməsi prosedurların işlək vəziyyətdə olmasını təmin etmək;
- Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılmasını təmin etmək;
- Kotirovka sorğularını hazırlamaq, təhlil etmək, müqayissəli cədvəllər hazırlayaraq Satınalma Komissiyasına təqdim etmək;
- Satınalma Komissiyasının iclaslarını təşkil etmək;
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Açılmış sifariş formalarının analizini aparmaq;
- Təchizat sifarişlərinin idarə olunmasına (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarət etmək;
- Satınalma ilə bağlı rəhbərliyin tələb etdiyi digər vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
- Təhsil: Ali
Təcrübə:
- Təchizat sahəsində minimum 2 il iş təcrübəsi
- Rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi
Dil bilikləri:
- Azərbaycan dili (əla səviyyədə)
- İngilis dili (yaxşı səviyyədə)
- Rus dili (yaxşı səviyyədə)
Otel sahəsində təcrübəsi olanlara üztünlük veriləcək.
İş şəraiti
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.