İş şəraiti
- İş yeri: "AVA Business Center", Bakı
- İş rejimi: Tam iş günü
- İş saatları: 09:30-17:30
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə haqqında
- Xaricdə təhsil sahəsində fəaliyyət göstərən Queen Education şirkətimizə ofisə gələn qonaqların qarşılanması, müştərilərlə ilkin ünsiyyətin qurulması və gündəlik reception işlərinin təşkilini həyata keçirəcək Receptionist axtarılır.
Əsas vəzifələr
- Ofisə daxil olan müştəri və qonaqların qarşılanması
- Müştərilərə şirkət və xidmətlər haqqında ilkin məlumatın verilməsi
- Telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi
- WhatsApp və digər kommunikasiya kanallarından daxil olan müraciətlərin cavablandırılması
- Müştərilərin konsultasiya üçün uyğun əməkdaşlara yönləndirilməsi
- Görüşlərin və konsultasiyaların qeydiyyatının aparılması
- Müştəri məlumatlarının daxili sistemə daxil edilməsi
- Sənədlərin qəbulu, çeşidlənməsi və aidiyyəti üzrə yönləndirilməsi
- Reception masasının və giriş hissəsinin səliqəli saxlanılması
- Gündəlik inzibati işlərdə komandaya dəstək göstərilməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Tələblər
- Xanım namizəd
- Rus dili - Mütləq (səlis danışıq və ünsiyyət bacarığı)
- Azərbaycan dili - yüksək səviyyədə
- İngilis dili biliyi üstünlükdür
- Ali təhsil arzuolunandır
- Reception, administrator, müştəri xidmətləri və ya oxşar sahədə təcrübə üstünlükdür
- Güclü kommunikasiya və insanlarla düzgün ünsiyyət qurmaq bacarığı
- Gülərüz, nəzakətli və müştəriyönümlü olmaq
- Səliqəli və təqdimata uyğun görünüş
- Məsuliyyətli və diqqətli olmaq
- Operativ və stress altında işləyə bilmək
- Komandada işləmək bacarığı
- MS Office proqramları ilə işləmək bacarığı
- Xaricdə təhsil sahəsinə maraq olması üstünlükdür
İş şərtləri
- İş saatları: 09:30-17:30
- İş yeri: "AVA Business Center", Bakı
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır
- Peşəkar və dinamik iş mühiti
- Xaricdə təhsil sahəsində təcrübə və inkişaf imkanı
- Karyera yüksəlişi üçün perspektivlər
- Gənc və mehriban komanda ilə işləmək imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.