R Group Holding R Group Holding
  • 488

Layihə meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə meneceri

  • Deadline 15 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi rolun təsviri

Layihə meneceri (Mütəxəssis səviyyə) — şirkətin aqro-ekosistem layihələrinin (mövcud və yeni rəqəmsal məhsullar) planlaşdırılması, koordinasiyası və icra proseslərinin izlənməsinə cavabdeh olan mütəxəssisdir.

Bu rol həm IT komandasını, həm də sahə əməliyyatlarını, təchizatçıları, logistika tərəfdaşlarını, fermerləri və rəqəmsal məhsul yönümlü layihələri bir-birinə bağlayan operativ və analitik körpü funksiyasını daşıyır.

Namizəd həm layihə idarəetməsi, həm təchizat zənciri proseslərini anlamaq, həm də rəqəmsal məhsulların inkişafı və tanıdılması üçün araşdırma aparmaq qabiliyyətinə malik olmalıdır.

Əsas öhdəliklər

  • Layihə planlarının hazırlanması, icra mərhələlərinin izlənməsi və son tarixlərə nəzarət.
  • IT komanda, məhsul sahibləri, əməliyyat və sahə komandaları ilə koordinasiya.
  • Task management sistemlərində (Jira, Trello və s.) tapşırıqların idarə olunması.
  • Status hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Agro-tech trendlərinin, rəqəmsal həllərin və beynəlxalq bazar imkanlarının analizi.
  • İxracın genişləndirilməsi üçün potensial bazarların araşdırılması.
  • Rəqəmsal məhsulların inkişafı üçün yeni funksional imkanların təklifi.
  • Bazar araşdırması üzrə nəticələr toplamaq və rəhbərliyə təqdim etmək.
  • Təchizat zənciri mərhələlərinin (purchase → stock → shipping → delivery → confirmation) ümumi idarəsində koordinasiya.
  • Təchizatçılar, distribütorlar və logistika tərəfdaşları ilə operativ əlaqə.
  • Agro məhsullar, fermer ehtiyacları və sektorun dinamikası üzrə baza səviyyəsində biliklərin tətbiqi.
  • Rəqəmsal məhsulların partnyorlar və fermerlər arasında tanıdılması üçün kiçik ölçülü marketinq təşəbbüsləri.
  • Təqdimatların, təklif sənədlərinin və məhsul çıxış materiallarının hazırlanması.
  • Yeni satış və əməkdaşlıq imkanlarının araşdırılması.
  • Partnyor mağazalar və regional komandalarla kommunikasiya.
  • Proses sənədlərinin (SOP, workflow diagramlar, checklists) hazırlanması.
  • Qiymət, stok, layihə performansı və tətbiq istifadəsi üzrə analitik hesabatların hazırlanması.
  • Risklərin vaxtında aşkarlanması və eskalasiya edilməsi.

Tələb olunan bilik və bacarıqlar

  • IT mühiti, rəqəmsal məhsullar və layihə idarəetməsi üzrə baza səviyyəsində təcrübə və ya anlayış.
  • Supply chain prinsiplərinin (procurement, stock, delivery) başa düşülməsi.
  • Aqro sektoruna maraq və ya ilkin biliklər (üstünlükdür).
  • Araşdırma aparmaq, məlumat toplamaq və nəticələri strukturlaşdırmaq bacarığı.
  • CRM, ERP, Task management və PM alətləri: Jira, Trello, Notion.
  • Excel / Google Sheets-də yaxşı səviyyə (analiz, müqayisə, cədvəl hazırlama).
  • Məhsul sorğularını, trendləri və rəqəmsal bazar davranışlarını analiz etmək bacarığı.
  • Hesabat hazırlama və məlumat vizuallaşdırma bacarığı.
  • Güclü kommunikasiya və prezentasiya bacarıqları.
  • Məsuliyyət, time management, proaktivlik, detallara diqqət.
  • Stress altında işləmək və müxtəlif komandalar arasında koordinasiya aparmaq.
  • Satış və marketinq üzrə baza bilikləri və danışıq aparmaq bacarığı.
  • Yeni sahələrdə sürətlə öyrənmək və adaptasiya olmaq bacarığı.

Təhsil və Təcrübə

  • İT, Biznes İdarəçiliyi, Menecment, Təchizat zənciri, Aqrar iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil.
  • 1–3 il arası təcrübə (layihə idarəetməsi, digital operations, supply chain və ya agro-tech sahəsində olması üstünlükdür).
  • Startup, rəqəmsal məhsullar və ya marketplace mühitində təcrübə əlavə üstünlükdür.
  • İngilis dili yaxşı, rus dili arzuolunandır.

Biz nə təklif edirik?

  • Rəqəmsal aqro ekosistemin qurulmasında real iştirak imkanı.
  • İxracın genişləndirilməsi prosesində aktiv rol.
  • Dinamik, sürətli və innovativ mühitdə inkişaf.
  • Təlim və mentorlardan öyrənmə imkanları.

Müraciətlərinizi təqdim etmək üçün məktubun başlığında vakansiya adını qeyd edərək CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına təqdim edə bilərsiniz.

  • Daily89
  • Weekly400
  • Monthly1579