Departament/Şöbə: İnformasiya Texnologiyaları Departamenti
Vəzifə öhdəlikləri:
- İlkin İT Dəstəyi: Şirkətin daxili istifadəçilərinə texniki məsələlər üzrə ilkin İT dəstəyinin göstərilməsi.
- Sorğuların İdarə Edilməsi: Daxil olan sorğuların ManageEngine ServiceDesk Plus (Ticketing/ITSM) sistemi üzərindən qəbul edilməsi, qeydiyyata alınması və idarə olunması.
- Texniki Problemlərin Həlli: Kompüter avadanlıqları (Hardware), proqram təminatı (Software) və əsas şəbəkə problemlərinin diaqnostikası və həllində iştirak etmək.
- Sənədləşdirmə: Yaranan texniki problemləri və onların həlli yollarını sistemdə düzgün sənədləşdirmək.
- İstifadəçi Dəstəyi: Şəbəkə və əməliyyat sistemləri ilə bağlı gündəlik daxil olan texniki müraciətləri operativ şəkildə yönləndirmək və həll etmək.
Namizədə dair tələblər:
- Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Dil Bilikləri: Azərbaycan və İngilis dillərini yaxşı bilmək, sərbəst danışıq bacarığı (xarici resurslarla işləmək və yazışmalar üçün mütləqdir). Rus dilinin olması arzu olunandır.
Texniki Biliklər:
- Windows əməliyyat sistemi və kompüter avadanlıqları haqqında əsas biliklər;
- Şəbəkə üzrə əsas anlayışlar (IP, DNS, DHCP, LAN/Wi-Fi);
- Active Directory haqqında əsas biliklər.
Şəxsi Keyfiyyətlər: Yaxşı kommunikasiya və komanda ilə işləmək bacarığı, problemləri analiz etmək yetənəyi, öyrənməyə böyük həvəs və yeni texnologiyalara maraq.
Üstünlük verilməkdədir:
- Helpdesk və ya İT Support üzrə ilkin təcrübə və ya təcrübə proqramlarında iştirak;
- Ticketing/ITSM sistemləri haqqında ümumi anlayış;
- ManageEngine məhsulları ilə tanışlıq.
İş şərtləri və Şirkət tərəfindən təklif olunur:
- Əmək haqqı: Müsahibə zamanı bildiriləcək (bilik və təcrübəyə uyğun);
- İş saatları: 09:00 - 18:00;
- Nahar fasiləsi: 13:00 - 14:00;
- İstirahət günləri: Şənbə və bazar;
- İT sahəsində peşəkar komandada real layihələr üzərində təcrübə qazanmaq imkanı;
- Uğurlu təcrübə müddətindən sonra komandada daimi işə götürülmə şansı;
- Şirkət tərəfindən təmin olunan nahar;
- Korporativ nömrə və danışıq limiti.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Helpdesk Intern” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vacib qeydlər:
- CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
- Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Ünvan: 152 Heydar Aliyev avenue, Chinar Plaza
Əlaqə: +994 50 261 35 50