Rabalon Rabalon
Rabalon

Rabalon

IT

Kiber Təhlükəsizlik üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiber Təhlükəsizlik üzrə mütəxəssis

  • Deadline 27 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: İnformasiya Təhlükəsizliyi

Vəzifə öhdəlikləri:

  • İnformasiya və kiber təhlükəsizlik hadisələrinin monitorinqində iştirak
  • Təhlükəsizlik pozuntularının ilkin analizi və araşdırılmasında dəstək
  • Şəbəkə və sistem təhlükəsizliyi üzrə gündəlik əməliyyatlara yardım
  • Təhlükəsizlik loglarının (Firewall, Server, Endpoint və s.) təhlilində iştirak
  • Zəifliklərin (vulnerability) aşkarlanması və aradan qaldırılması proseslərinə dəstək
  • Təhlükəsizlik siyasətləri, prosedurları və standartları ilə tanışlıq və tətbiqdə iştirak
  • SOC/SIEM alətləri ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi

Namizədə tələblər:

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi və ya uyğun sahə üzrə ali təhsil (son kurs tələbəsi və ya yeni məzun)
  • Şəbəkə üzrə baza biliklər:
  • TCP/IP, OSI modeli, VLAN, DNS, DHCP anlayışları
  • Sistem üzrə baza biliklər
  • Windows və Linux əməliyyat sistemləri haqqında ümumi biliklər
  • Kiber təhlükəsizlik üzrə əsas anlayışlar
  • Firewall, Antivirus, IDS/IPS, VPN, MFA
  • Zərərli proqram növləri (Malware, Phishing, Ransomware və s.)
  • İngilis dili biliyi (texniki sənədləri oxuyub-anlama səviyyəsində)

Üstünlük hesab edilən bilik və bacarıqlar:

  • SIEM alətləri haqqında ilkin anlayış
  • ISO/IEC 27001 və ya digər informasiya təhlükəsizliyi standartları barədə məlumat
  • Penetration Testing və ya Vulnerability Assessment mövzusunda nəzəri biliklər
  • Cybersecurity üzrə sertifikatlara hazırlıq (Security+, CEH və s.)

Əmək haqqı bilik və bacarıqlara əsasən müəyyən ediləcək 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily11
  • Weekly672
  • Monthly679