Rabalon Rabalon
  • 265

Marketing üzrə kordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketing üzrə kordinator

  • Deadline 4 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Departament: Marketing

İş yeri: Bakı, Çinar Plaza

Namizədə dair tələblər:

  • Tələb olunan bilik və bacarıqlar
  • Marketinq, Kommunikasiya, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Marketinq və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
  • CRM sistemləri ilə işləmək bacarığı (HubSpot biliyi üstünlükdür);
  • Sosial media platformaları və kontent idarəçiliyi haqqında anlayış;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili üzrə işlək səviyyədə bilik;
  • Operativlik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;
  • Komanda ilə işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesablarının koordinasiyası və idarə olunması;
  • Sosial media paylaşımları üçün mətnlərin hazırlanması;
  • Reels və digər video məzmunlar üçün yaradıcı briflərin hazırlanması;
  • Kontent planının icrasında dizayner və videoqrafla koordinasiyalı işləmək;
  • Zəruri hallarda sosial media üçün foto və video görüntülərinin çəkilməsi;
  • Görülmüş işlər üzrə aylıq hesabatların hazırlanması;
  • Marketinq və tədbir layihələrinin gündəlik əməliyyat fəaliyyətlərinə dəstək göstərilməsi;
  • Tədbir günlərində təşkilati işlərin koordinasiyasında aktiv iştirak etmək;kasiyanın aparılması;
  • CRM sistemində potensial müştəri bazasının hazırlanması və yenilənməsi;
  • Tədbirlər üçün iştirakçı və dəvət siyahılarının hazırlanması;
  • Tədbirlərlə bağlı çap məhsullarının sifarişinin verilməsi və prosesin koordinasiyası;
  • Tədbirlər üçün promo və vizual materialların hazırlanması prosesinin izlənilməsi;
  • Tədbir məkanları, təchizatçılar və tərəfdaşlarla operativ kommunikasiyanın aparılması

İş şərtləri:

  • İş saatları: 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə və bazar

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Şirkət tərəfindən nahar.
  • Korporativ nömrə və danışıq limiti.

Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketing üzrə kordinator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə +994 50 2613550

  • Daily0
  • Weekly570
  • Monthly570