Departament: Marketing
İş yeri: Bakı, Çinar Plaza
Namizədə dair tələblər:
- Tələb olunan bilik və bacarıqlar
- Marketinq, Kommunikasiya, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Marketinq və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- CRM sistemləri ilə işləmək bacarığı (HubSpot biliyi üstünlükdür);
- Sosial media platformaları və kontent idarəçiliyi haqqında anlayış;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili üzrə işlək səviyyədə bilik;
- Operativlik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarının koordinasiyası və idarə olunması;
- Sosial media paylaşımları üçün mətnlərin hazırlanması;
- Reels və digər video məzmunlar üçün yaradıcı briflərin hazırlanması;
- Kontent planının icrasında dizayner və videoqrafla koordinasiyalı işləmək;
- Zəruri hallarda sosial media üçün foto və video görüntülərinin çəkilməsi;
- Görülmüş işlər üzrə aylıq hesabatların hazırlanması;
- Marketinq və tədbir layihələrinin gündəlik əməliyyat fəaliyyətlərinə dəstək göstərilməsi;
- Tədbir günlərində təşkilati işlərin koordinasiyasında aktiv iştirak etmək;kasiyanın aparılması;
- CRM sistemində potensial müştəri bazasının hazırlanması və yenilənməsi;
- Tədbirlər üçün iştirakçı və dəvət siyahılarının hazırlanması;
- Tədbirlərlə bağlı çap məhsullarının sifarişinin verilməsi və prosesin koordinasiyası;
- Tədbirlər üçün promo və vizual materialların hazırlanması prosesinin izlənilməsi;
- Tədbir məkanları, təchizatçılar və tərəfdaşlarla operativ kommunikasiyanın aparılması
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və danışıq limiti.
Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketing üzrə kordinator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə +994 50 2613550