İşin Təsviri:
- Şirkətimizin marketinq fəaliyyətlərinin koordinasiyası, CRM bazasının idarə edilməsi və tədbirlərin təşkilati dəstəyi üzrə Marketinq Koordinatoru vəzifəsinə namizəd axtarırıq. Bu pozisiya marketinq şöbəsinin gündəlik operativ işlərinin icrasına cavabdehdir.
İş şəraiti
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: 700 AZN (Net)
Vəzifə Öhdəlikləri:
- CRM İdarəetməsi: CRM sistemində (HubSpot) potensial müştəri siyahılarının yaradılması, məlumatların bazaya daxil edilməsi və mütəmadi yenilənməsi;
- Tədbirlərin Təşkili: Təşkil olunan tədbirlər üçün dəvətli siyahılarının formalaşdırılması və koordinasiyası;
- Poliqrafiya İşləri: Çap materiallarının (buklet, vizitkart, promo məhsullar və s.) sifarişi və çap evləri ilə razılaşmaların aparılması;
- Logistik Dəstək: Tədbirlər üçün zəruri olan vizual və promo materialların müvafiq məkana çatdırılmasının təşkili;
- Kontent Yaradılması: Ofisdaxili proseslərdən və tədbirlərdən sosial media (story) üçün görüntülərin (foto/video) çəkilməsi;
- Hesabatlılıq: Görülən işlər barədə Marketinq Menecerinə mütəmadi hesabatların təqdim edilməsi.
Namizədə dair Tələblər:
- Təhsil: Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə arzuolunandır);
- Təcrübə: Müvafiq sahədə (event, admin, marketinq support və ya satış koordinasiyası) minimum 1 il iş təcrübəsi;
- CRM Bilikləri: CRM sistemləri ilə işləmə bacarığı (HubSpot biliyi üstünlükdür);
- Dil Bilikləri: Azərbaycan dili – mükəmməl (korporativ yazışma bacarığı), İngilis dili – orta, Rus dili – üstünlükdür;
- Şəxsi Keyfiyyətlər: Operativlik, detallara qarşı diqqətlilik, məsuliyyət və vaxtın səmərəli idarə edilməsi.
Maraqlanan namizədlərdən mövzu hissəsində “Marketinq Koordinatoru” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.